Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzinin direktorunun təbrik məktubu
27-07-2016


İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzinin (UN-APCICT-ESCAP) direktoru xanım Suk Ri (Hyeun-Suk Rhee) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadəyə təbrik məktubu ünvanlamışdır.

Məktubunda Məleykə xanımı yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edən xanım Rhee yeni yaradılmış Dövlət İmtahan Mərkəzinin tərkib hissəsi olan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda İKT üzrə potensialın inkişafı ilə bağlı görülmüş işləri yüksək qiymətləndirmişdir. Qeyd edilmişdir ki, məhz bu əməkdaşlıq çərçivəsində insan resurslarının inkişafı proqramları kimi formalaşan və Mərkəzi Asiya və Sakit Okean ölkələrində dövlət qulluqçuları üçün təlimlərdə istifadə edilən APCICT-nin təlim modullarının Azərbaycana gətirilməsi və ilk 3 modulun Azərbaycan təcrübəsinə uyğunlaşdırılması mümkün olmuşdur. Azərbaycanda APCICT-nin təlim modullarının istifadəsindən məmnun olduğunu, bu sahədə milli tərəfdaş olan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın güclü dəstəyini vurğulayan xanım Suk Ri Komissiya ilə əməkdaşlığın Dövlət İmtahan Mərkəzi ilə də davam etdiriləcəyinə ümidini ifadə etmişdir.

Qeyd edək ki, BMT-nin Təlim Mərkəzi 2006-cı il 16 iyun tarixdə Koreya Respublikasının İnçeon şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) regional institutu kimi yaradılmışdır. APCİCT-nin missiyası insan potensialının və institusional bacarıqların yaradılması yolu ilə sosial-iqtisadi inkişafa nail olmaq üçün informasiya və kommunikasiya texnologiyalarının ESCAP-ın üzv dövlətlərində istifadəsi imkanlarını genişləndirməkdir. Bu missiyanı rəhbər tutan Mərkəz Asiya və Sakit okean hövzəsi ölkələrində və digər regionlarda istifadə edilmiş və institutlaşdırılmış potensial quruculuğu proqramları hazırlayır və həyata keçirir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag