A B D F H E G I Ə K L M N O Ö P R Q S T Ü V X Ş Y
A
> Azərbaycan Respublikasının qanunvericiliyi

Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Bu aktların siyahısı Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 1-ci hissəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, Azərbaycan Respublikasının qanunvericilik sisteminə aşağıdakı normativ hüquqi aktlar daxildir:

  1. Konstitusiya;
  2. Referendumla qəbul edilmiş aktlar;
  3. Qanunlar;
  4. Fərmanlar;
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
  6. Mərkəzi İcra Hakimiyyəti orqanlarının normativ aktları.

Azərbaycan Respublikasının dəstəklədiyi beynəlxalq müqavilələr də Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir (Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsi).

> Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikası qanunvericiliyinin əsasını təşkil edir, bütün ölkə ərazisində ali və əsas hüquqi sənəddir. Azərbaycan Respublikasında qüvvədə olan digər hüquqi aktlar Konstitusiyaya uyğun olmalıdır, əks halda bu sənədlər tətbiq oluna bilməz.

> Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Bu, mərkəzi icra hakimiyyəti orqanıdır, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edir. Komissiyanın aşağıdakı funksiyaları var:


> Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının maliyyə-kredit sistemini tənzimləyir, ölkənin əsas bank sistemidir, digər bankların və kredit təşkilatlarının fəaliyyətini də nizamlayır və onların qanuna müvafiq şəkildə işləməsinə nəzarət edir.

> Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

Azərbaycan Respublikası Konstitusiyasının 3, 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanıdır. Tərkibi həlledici səs hüququ olan 18 nəfər üzvdən ibarətdir və onlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilirlər. Komissiya Azərbaycan Respublikasında seçki və referendumları təşkil edir və keçirilən seçki (referendum) komissiyalarının işinə rəhbərlik edir.

> Azərbaycan Respublikasının Hesablama Palatası

Azərbaycan Respublikası Milli Məclisinə hesabat verən və daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Hesablama Palatasını Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisi yaradır. Palatanın tərkibi sədr, sədr müavini və 7 auditordan ibarət olur. Palata aşağıdakı funksiyalara nəzarəti həyata keçirir:

> Azərbaycan Respublikasının dövlət dili

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Dövlət ərazisində bütün kargüzarlıq işləri yalnız bu dildə aparılır.
Azərbaycan Respublikasının siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Qanunvericiliyə uyğun olaraq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə Azərbaycan dili işlədilir.

> Ali təhsil

Müvafiq qanunvericilik aktlarına və tədris proqramlarına uyğun olaraq müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssislər hazırlamaq məqsədi ilə, məqsədyönlü fəaliyyət növüdür. Ali təhsil müəssisələri çərçivəsində həyata keçirilir.

> Aparat (dövlət orqanlarının aparatı və ya dövlət orqanlarının fəaliyyətini təmin edən qurumlar; qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının aparatları)

Dövlət orqanının struktur vahidlərindən biridir. Dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edir, dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələri özündə birləşdirir. Dövlət orqanlarının aparatları və onların bölmələri 2 yerə ayrılır: təminedici və yardımçı. Bu zaman müxtəlif kateqoriyalı dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınır.

> Attestasiya

(lat. attestätio - şəhadət etmə, təsdiq etmə) - dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bilik səviyyəsi, ixtisas və peşə hazırlığı, səriştəsi, şəxsi keyfiyyətləri baxımından tutduğu vəzifəyə uygunluğunun (işçilərin attestasiyası) və ya dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlardakı iş yerlərinin, vəzifələrin irəli sürülən tələblərə cavab verib-verməməsinin (iş yerlərinin attestasiyası) yoxlanılması.
Azərbaycan Respublikasında işçilərin attestasiyasının bir növü dövlət qulluqçularının attestasiyasıdır. Bu zaman dövlət qulluqçularının peşəkarlığı, işgüzarlığı və mənəvi keyfiyyətləri qiymətləndirilir, onların tutduqları vəzifəyə uyğun gəlib-gəlmədikləri barədə nəticə çıxarılır.

Dövlət qulluqçularının attestasiyasının əsas məqsədləri aşağıdakılardan ibarətdir:

  1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
  2. dövlət qulluqçusunun potensial imkanlarının aşkara çıxarılması, onun peşə səriştəliliyini artırmağa stimullaşdırılması;
  3. dövlət qulluqçusunun ixtisasının, peşə hazırlığının yüksəldilməsinə və ya təkrar hazırlıq keçməsinə zərurət olub-olmamasının müəyyənləşdirilməsi;
  4. kadrların irəli çəkilməsinin uzunmüddətli planını tərtib etmək üçün imkan yaradılması, habelə dövlət qulluqçusunun vaxtında vəzifədən azad edilməsi və ya daha aşağı ixtisaslı işə keçirilməsi.

Bir qayda olaraq, attestasiyanın nəticələri komissiya tərəfindən rəsmiləşdirilir və attestasiya olunan dövlət qulluqçusunun sonrakı vəziyyətinə təsir göstərir (bax: attestasiyanın nəticələri).

> Attestasiya komissiyası

Attestasiyanı həyata keçirən kollegial qurumdur. Komissiya attestasiyanın keçirildiyi müvafiq dövlət orqanının rəhbəri tərəfindən təşkil edilir. Tərkibi sədrdən, katibdən və digər üç komissiya üzvündən ibarət olur. Qanunvericiliyə əsasən, komissiyanın tərkibinə yüksək ixtisaslı mütəxəssislər, dəvət edilmiş elmi ekspertlər də daxil edilir. Komissiyanın tərkibi vaxtaşırı dəyişir. Attestasiya komissiyası hər bir dövlət qulluqçusunun peşəkarlığını, işgüzar və şəxsi keyfiyyətlərini bilavasitə yoxlayır, qiymətləndirir və ona dair müvafiq qərar çıxarır.

> Attestasiyanın nəticələri

Attestasiya komissiyası tərəfindən verilən yekun rəy və tövsiyələrdir. Bunlar dövlət qulluqçusunun attestasiyası nəticəsində qərar çıxarmaq üçün zəruridir: həmin qərar dövlət qulluqçusunun iş yerindəki müqəddəratının həll edilməsi üçün əhəmiyyətlidir. Nəticələr attestasiya komissiyası tərəfindən açıq səsvermə yolu ilə təsdiq olunur. Burada attestasiyadan keçən dövlət qulluqçusu iştirak etmir. Attestasiyanın nəticələri, o cümlədən attestasiya komissiyasının verdiyi qiymət attestasiya vərəqində əks olunur.

> Attestasiyanın prinsipləri

Attestasiyanın həyata keçirilməsi zamanı attestasiya komissiyasının üzvləri, müvafiq dövlət orqanının rəhbərliyi və attestasiyaya cəlb olunan digər şəxslər müəyyən qayda və prinsipləri rəhbər tuturlar. Bunlar attestasiyanın əsas prinsipləridir.

> Attestasiya vərəqəsi

əsas attestasiya sənədlərindən biridir. Bu vərəqədə attestasiyadan keçən dövlət qulluqçusunun peşəkarlığına, işgüzarlığına, mənəvi keyfiyyətlərinə dair qiymətlərə əsaslanmaqla onun qulluqda irəli çəkilib-çəkilməməsi, müvafiq dövlət qulluğu vəzifəsində qalıb-qalmaması ilə bağlı rəy əks olunur. Attestasiya vərəqəsi Attestasiya komissiyası tərəfindən tərtib olunur və dövlət qulluqçusunun şəxsi işində saxlanılır. Onun bir surəti isə attestasiyadan keçən dövlət qulluqçusunun özünə verilir.

> Attestasiyanın keçirilməsi cədvəli

Bu yazılı sənəd nəzərdə tutulmuş müddət ərzində attestasiyanın keçirilmə ardıcıllığını əks etdirir; burada, ilk növbədə, attestasiya olunacaq dövlət qulluqçularının nə zaman attestasiyadan keçəcəyi müəyyənləşdirilir. Hansı dövlət orqanında attestasiya keçirilməsi nəzərdə tutulmuşdursa, həmin orqanın rəhbərliyi bunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırır və cədvəl təsdiq olunur. Attestasiyadan keçən dövlət qulluqçuları attestasiyanın başlanmasına ən azı bir ay qalmış bu barədə məlumatlandırılırlar.

> Attestasiyadan keçirilməyən şəxslər

Dövlət qulluqçularının attestasiyası zamanı qanunvericiliyə əsasən attestasiyaya cəlb olunmayan şəxslərdir. Onların siyahısı dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilir.


B
> Beynəlxalq müqavilə

dövlətlər və beynəlxalq hüququn digər subyektləri (məsələn, beynəlxalq hökumətlərarası təşkilatlar) arasında bağlanmış rəsmi sənəd, sazişdir. Onun məzmununu beynəlxalq hüquq normaları təşkil edir.
Beynəlxalq ümumi hüquq qaydaları onun əsasında müəyyən edilir (beynəlxalq-hüquqi adətlərlə yanaşı). Beynəlxalq-hüquqi praktikada müxtəlif cür, məsələn: saziş, konvensiya, pakt və s. adlandırıla bilər. Demokratik və hüquqi dövlətlərin təcrübəsində beynəlxalq müqavilə ölkədaxili qanunvericilik sisteminin tərkib hissəsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

> Beynəlxalq təşkilat

razılaşma (müqavilə) əsasında yaradılan və fəaliyyət göstərən dövlətlərarası və ya qeyri-dövlət xarakterli birlikdir. Müəyyən beynəlxalq əhəmiyyətli məqsədlərə çatmaq, beynəlxalq hüquqla yaranan münasibətləri tənzimləmək üçün yaradılır. Beynəlxalq təşkilatlar, əsasən, iki böyük qrupa ayrılır: 1) beynəlxalq hökumətlərarası (dövlətlərarası) təşkilatlar; 2) beynəlxalq qeyri-hökumət (qeyri-dövlət, ictimai) təşkilatları.

> Beynəlxalq hökumətlərarası (dövlətlərarası) təşkilatlar

dövlətlərin, yaxud dövlət təsisatlarının (ayrı-ayrı dövlət orqanları və ya dövlət qurumları) birliyidir.
Dövlətlər və ya onların ayrı-ayrı orqanları və ya qurumları arasında bağlanmış müqavilə əsasında təsis olunur. Məsələn, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Beynəlxalq Cinayət Polisi Təşkilatı - Interpol və s. bunlara aiddir. Beynəlxalq qeyri-hökumət (qeyri-dövlət, ictimai) təşkilatları isə müxtəlif ölkələrdən olan özəl şəxsləri (vətəndaşları və təşkilatları) özündə birləşdirir. Bu təşkilatlar mülki, siyasi, mədəni, sosial və iqtisadi sahələrdə beynəlxalq əhəmiyyətli ümumi maraqların müdafiə edilməsi məqsədini daşıyır.

> Bələdiyyə
  1. Yerli özünüidarəetmə formasıdır. Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində fəaliyyət göstərir. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.
    Bələdiyyə yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bu məsələlərin onun səlahiyyətlərinə aid edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərir;

  2. Bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır, Azərbaycan Respublikası qanunvericiliyinə və bələdiyyələrin öz nizamnamələrinə əsasən təşkil edilir. Bələdiyyələrin say tərkibi Azərbaycan Respublikasının seçki qanunvericiliyi ilə müəyyənləşdirilir. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq, bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir. Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyil. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.

> Bələdiyyə orqanları

seçkili orqanlardır, dövlət orqanları sisteminə daxil deyil. Yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə tərəfindən yaradılır.

> Bələdiyyə qulluğu

yerli özünüidarə orqanlarına həvalə edilmiş işləri yerinə yetirmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.

> Bələdiyyə qulluqçusu

yerli özünüidarə orqanlarında müəyyən vəzifələrə təyin olunan və əmək haqqı almaqla xidmət göstərən işçidir. Bələdiyyə üzvləri və birbaşa bələdiyyə fəaliyyəti ilə bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.

> Bələdiyyə üzvü

bələdiyyə seçkilərində seçilmiş, mandatı müvafiq seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyə üzvlərinin statusu, hüququ və vəzifələri bələdiyyələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

D
> Daxili müsahibə

Mövcud inzibati vəzifələrə namizəd olan şəxslərlə onların bu vəzifələrə layiq olub-olmamasını yoxlamaq üçün aparılan söhbət (müsahibə).
Belə müsahibədə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə çalışan və bu vəzifələrə uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakı nəzərdə tutulur.

> Demokratiya (yun. "demos" - xalq, "kratos" - hakimiyyət)

dövlət idarəçiliyi formasıdır, belə idarəetmə formasında xalq hakimiyyət mənbəyi hesab edilir.

> Deputatlar (Azərbaycan Respublikası Milli Məclisinin deputatları)

Azərbaycan Respublikasının seçki qanunvericiliyində göstərilən qaydada seçilirlər. Azərbaycan Respublikasının Milli Məclisinin üzvü statusunu (deputat mandatını) əldə edir və müəyyən səlahiyyətləri həyata keçirirlər. Bu səlahiyyətlər qanunla müəyyən edilir.

> Dini təşkilatlar (dini qurumlar)

Eyni bir etiqada əsaslanan dini icmalar, idarələr və mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləridir. Dini qurumları onların mərkəzləri¬idarələri təmsil edir.

>Dövlət

siyasi hakimiyyət təsisatları sistemidir, ölkə ərazisi hüdudlarında ictimai həyatı özünəməxsus üsul və vasitələrlə nizamlayır. Bir siyasi birlik kimi müəyyən struktura malikdir, siyasi hakimiyyəti müəyyən cəhətdən təşkil edir və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edir.

> Dövlət büdcəsi

Dövlətə məxsus funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin qanunla müəyyən olunmuş qaydada yığılması və xərclənməsi formasıdır, bu, müvafiq hakimiyyət orqanları vasitəsi ilə həyata keçirilir. Mahiyyət etibarilə, dövlət büdcəsi ölkənin ən əsas maliyyə sənədidir, bütün dövlət orqanlarına, xidmətlərinə, proqramlarına çəkilən xərclər bunun vasitəsilə bölünür. Burada dövlət xəzinəsi hesabına təmin edilməsi nəzərdə tutulan tələbatlar və dövlət xəzinəsinə gözlənilən gəlirin mənbəyi müəyyən edilir.

> Dövlət qulluğu

Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsəd və funksiyalarını həyata keçirmək üçün dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

> Dövlət qulluqçusu

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşı.

> Dövlət qulluqçusunun etik davranış qaydaları

dövlət qulluğu vəzifələrinin icrası zamanı dövlət qulluqçularının rəhbər tutmalı olduğu hüquqi və əxlaqi qaydalardır. Bu qaydalara aşağıdakılar daxildir:

> Dövlət qulluqçusunun ictimai və siyasi fəaliyyəti

Dövlət qulluqçusu müəyyən ictimai təşkilatların, hərəkatların, siyasi partiyaların və ya siyasi partiya bloklarının fəaliyətində yaxından iştirak edir, o cümlədən bu cür qurumların təşkil etdiyi ictimai və siyasi tədbirlərdə təşkilatçı və ya rəhbər kimi çıxış edir. Qulluq vəzifələrini icra etdiyi dövrdə dövlət qulluqçularının siyasi partiyaların fəaliyyətində iştirak etməyə ixtiyarı yoxdur.

> Dövlət qulluqçusunun hüquqi vəziyyəti

dövlət qulluqçusuna müəyyən hüquq və vəzifələr verilir ki, bunlar da dövlət qulluqçusunun hüquqi vəziyyəti adlanır və dövlət qulluğu haqqında qanunvericiliklə, habelə digər qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bu, dövlət qulluqçusunun dövlət orqanı aparatında yerini, onun digər qulluqçularla və kənar şəxslərlə, qurumlarla qarşılıqlı münasibətlərini müəyyənləşdirir. Dövlət qulluqçularının hüquqi vəziyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən edir.

> Dövlət qulluqçusunun sosial müdafiəsi

dövlət qulluqçusunun və onun ailə üzvlərinin həyat şəraitinin lazımi səviyyədə təmin edilməsi, onların sosial-iqtisadi problemlərinin həll edilməsi üçün dövlət bir sıra tədbirlər həyata keçirir ki, bunlar dövlət qulluqçusunun sosial müdafiəsi adlanır. Bunlardan biri dövlət qulluqçularının sosial təminatıdır.

> Dövlət qulluqçusunun sosial təminatı

dövlət qulluqçularının və onların ailə üzvlərinin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlətin sosial mahiyyətli hadisələr zamanı dövlət büdcəsi və ya xüsusiləşdirilmiş büdcədənkənar fondlar hesabına ayırdığı pul vəsaitləridir. Sosial təminat dövlətin sosial siyasətinin tərkib hissəsidir, əsas məqsədi dövlət qulluqçularının layiqli həyat şəraitinin təmin edilməsinə yönəldilmişdir. Dövlət qulluqçusunun sosial təminatının əsas növü dövlət qulluqçusu üçün ayrılmış pensiyadır.

> Dövlət qulluqçularının ixtisas dərəcələri

dövlət qulluqçusunun ixtisas səviyyəsini göstərir, ona inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.

> Dövlət qulluqçularının mükafatlandırılması

dövlət qulluqçuları dövlət qulluğu vəzifələrini layiqincə yerinə yetirdikdə, işdə müəyyən nailiyyətlər əldə etdikdə maddi və qeyri-maddi nemətlərlə təltif olunurlar. Bundan əlavə, onları gələcəkdə daha yüksək nailiyyətlərə həvəsləndirmək məqsədi ilə də mükafatlandırırlar. Azərbaycan Respublikasında dövlət qulluqçularına verilən mükafatların növləri və qaydaları dövlət qulluğuna dair qanunvericiliklə müəyyənləşdirilir.

> Dövlət qulluqçularının məsuliyyəti

dövlət qulluqçuları xidməti vəzifələrinin icrası zamanı hüquq pozuntularına yol verdikdə onlara qarşı qanunla nəzərdə tutulmuş müəyyən sanksiyalar tətbiq edilir. Bu, dövlət qulluqçularının məsuliyyəti hesab edilir. Belə sanksiyaların növü, tətbiqi əsasları və qaydaları qanunvericiliklə dəqiq müəyyənləşdirilmişdir. İntizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələlər tənzimlənmişdir. Dövlət qulluqçusunun əməllərində cinayət tərkibinin əlamətləri olduqda, o, cinayət qanunvericiliyində göstərilən əsaslarla və qaydada cinayət məsuliyyətinə cəlb edilir. Dövlət qulluqçusunun inzibati xətalar törətməsi isə onun inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır.

> Dövlət qulluğu vəzifəsi

dövlət orqanı aparatının normativ aktları ilə müəyyən edilmiş struktur quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahididir. Müvafiq vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudlarını həmin dövlət orqanı özü müəyyən edir.

> Dövlət qulluğu vəzifələrinin təsnifatı

funksiyalarının məzmunundan, səlahiyyətlərin mənbəyindən və tutulması üsulundan asılı olaraq dövlət qulluğundakı vəzifələr ayrı-ayrı qruplara bölünür. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət qulluğu vəzifələrinin aşağıdakı növləri müəyyən edilmişdir:

  1. inzibati vəzifələr;
  2. yardımçı vəzifələr.

Eyni zamanda, göstərilən növlərdən hər birinin də öz daxili təsnifatı müəyyən edilmişdir, yəni bu vəzifələrin də öz növləri var ("Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələri).

> Dövlət qulluğu haqqında qanunvericilik

qüvvədə olan (yəni hal-hazırda fəaliyyət göstərən) normativ hüquqi aktlar sistemidir. Aşağıda göstərilən funksiyaları tənzimləyir:


> Dövlət qulluğu keçmə

dövlət qulluqçusunun dövlət qulluğuna qəbul ediləndən dövlət qulluğu bitənə kimi müxtəlif dövlət idarələrində işləməsi, müvafiq ixtisas dərəcələri alması və buna uyğun vəzifələri yerinə yetirməsi.

> > Dövlət qulluğu borcu

ümumi əxlaqi-hüquqi vəzifələrdir: dövlət qulluqçusunun xidməti vəzifələrini qanuna müvafiq surətdə, layiqincə və vicdanla yerinə yetirməsi dövlət qulluğu borcudur.

> Dövlət qulluğuna qəbul

Bu proses zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müsabiqə və ya müsahibə keçirilir, boş qalmış dövlət qulluğu vəzifəsinə namizədlər arasından ən layiqli olanını seçmək üçün səlahiyyətli dövlət orqanı (orqanları), yaxud vəzifəli şəxslərlə namizədlər arasında müəyyən münasibətlər yaranır; müsabiqədən və ya müsahibədən keçmək üçün namizədlər tərəfindən qanunla tələb olunan sənədlərin verilməsindən başlanır və müsabiqədən (müsahibədən) keçmiş namizədlə müvafiq əmək müqaviləsinin bağlanmasınadək davam edir.

> Dövlət qulluğuna xitam verilməsi

dövlət qulluqçusunun, dövlət orqanı rəhbərliyinin təşəbbüsü ilə və ya qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallar baş verdikdə dövlət qulluğu vəzifəsinin icrasının rəsmən başa çatması. Dövlət qulluqçusu ilə işlədiyi dövlət orqanı arasında əmək münasibətlərinə xitam verilməsindən (münasibətlərin bitirilməsindən) ibarətdir.

> Dövlət qulluğunun xüsusi növü

dövlət qulluğunun ayrı bir növüdür. Dövlətin müəyyən funksiya və vəzifələrini yerinə yetirir, bir sıra xüsusiyyətlərinə görə əsas dövlət qulluğu fəaliyyətindən fərqlənir.
Bu fəaliyyətlə məşğul olan şəxslərin statusu xüsusi qanunvericilik aktları ilə tənzimlənir. Bunlarda əks olunmayan digər məsələlər isə dövlət qulluğu haqqında qanunvericiliklə tənzimlənir. Məsələn: prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, sərhəd xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında qulluq keçmə dövlət qulluğunun xüsusi növü hesab edilir.

> Dövlət qulluğunun şərtləri

dövlət qulluğunun həyata keçirilməsi ilə bağlı qanunvericilik müəyyən şərtlər göstərir. Buraya ilk növbədə dövlət qulluqçusunun iş və istirahət vaxtı, məzuniyyət müddəti, əmək şəraiti, ezamiyyətə göndərilməsi qaydası, xidməti vəzifələrini yerinə yetirərkən malik olduğu hüquqlar və daşıdığı vəzifələr daxildir. Dövlət qulluğunun şərtləri dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilir.

> Dövlət qulluğunun prinsipləri

dövlət qulluğu vəzifəsini icra edən şəxslərin tabe olduğu əsas başlanğıc və normalardır. Yəni dövlət qulluğunda xidmət edən şəxslərin necə davranmalarını, necə işləmələrini müəyyən edir. Bütövlükdə dövlət qulluğu haqqında qanunvericiliyin təməlini bu prinsiplər təşkil edir, onun ayrı-ayrı hüquqi müddəalarının məzmununu müəyyənləşdirir və dövlət qulluğu ilə bağlı olan bütün məsələləri əhatə edir. Prinsiplər sırasına qanunçuluq, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi və digərləri aiddir.

> Dövlət qulluğunun əsas vəzifələri

Bunlar dövlət qulluğunun üzərinə qanunvericiliklə qoyulan vəzifələrdir. Dövlət qulluğunun mahiyyətindən irəli gəlir və dövlət qulluqçularının hüquqi vəziyyətini, onların ümumi hüquq və vəzifələrini müəyyənləşdirmək üçün əsasdır. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

> Dövlət qulluğunun idarəetmə orqanı

Bu orqan dövlət qulluğu haqqında qanunvericiliyin düzgün tətbiq olunmasına nəzarət edir; dövlət qulluğunun normativ-metodiki qaydalarına əməl olunmasını təmin edir; eləcə də dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən edir. Azərbaycan Respublikasında dövlət qulluğunu idarəetmə orqanı Dövlət Qulluğunu İdarəetmə Şurasıdır. Tərkibi, səlahiyyətləri və fəaliyyətinə dair ümumi qaydalar dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

> Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi

bax: qiymətləndirmə.

> Dövlət məvacibi

Dövlət qulluqçusuna mütəmadi olaraq ödənilən pul vəsaitidir. Bu vəsait aşağıdakı bəndlərə əsasən müəyyənləşdirilir:


> Dövlət orqanı

qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qurumudur. Səlahiyyətləri, yəni üzərinə qoyulan hüquq və vəzifələr Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət büdcəsindən maliyyələşir. Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirir.

> Dövlət orqanının bölməsi

dövlət orqanının qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunur. Bu elə bir struktur hissəsidir ki, həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir, ancaq bunlar ona həvalə edilmiş funksiyalar çərçivəsində olmalıdır, bu hüdudları aşa bilməz.

> Dövlət orqanlarının təsnifatı

dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (səlahiyyətlərini ölkə, regional və yerli səviyyədə həyata keçirməsi) nəzərə alınmaqla kateqoriyalar üzrə təsnifatlaşdırılması.

> Dövlət orqanlarının səlahiyyətləri

Azərbaycan Respublikasının məqsəd və vəzifələrini həyata keçirmək üçün müvafiq dövlət orqanına qanunvericiliklə hüquq və vəzifələr verilir.

> Dövlət orqanının struktur vahidi

bax: aparat (dövlət orqanının aparatı).

> Dövlət proqramı

rəsmi dövlət sənədidir. Aşağıdakı funksiyaları var:


Ali dövlət hakimiyyəti orqanlarının fərmanları, qərarları, əmrləri və s. əsasında verilir və təsdiq olunur. Bundan sonra bütün dövlət orqanları, idarə, müəssisə və təşkilatlar üçün məcburi olur. Bir sıra hallarda müvafiq məzmunlu normativ hüquqi aktları hazırlayarkən və qəbul edərkən buna əsaslanırlar.

> Dövlət qurumu

Bu təşkilat dövlətin funksiya və vəzifələrini yerinə yetirmək üçün təşkil olunur. Tamamilə, yaxud əsasən dövlət büdcəsindən maliyyələşdirilir. Aşağıdakı növləri fərqləndirilir: dövlət orqanları, dövlət idarələri, müəssisələri və təşkilatları.

> Dövlət sirri

dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan və dövlət tərəfindən mühafizə edilən məlumatlardır. Bunların yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilər.

> Dövlət təltifi

Vətənin müdafiəsi, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, tərbiyə, təhsil, sağlamlığın mühafizəsi, insan hüquq və azadlıqlarının qorunması, xeyriyyəçilik fəaliyyəti, habelə dövlət qarşısında digər xidmətlərinə görə ayrı-ayrı şəxslərə dövlət tərəfindən verilən ən ali mükafat formasıdır.

> Dövlət sosial sigortası

fiziki şəxslər əmək haqlarını itirdikdə, gəlirləri və ya əlavə xərcləri kompensasiya edilməli olduqda, həmçinin gəlirlərinin itirilməsinin qarşısını almaq üçün dövlət müəyyən vəsaitlər ayırır. Bu hallar qanunvericilikdə göstərilir və qanunvericiliklə təmin edilir ki, bunlar dövlət sosial sığortasına aiddir.

> Dövlət vəzifəli şəxs

inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan dövlət qulluqçusudur.

F
> Feldyeger rabitəsi

dövlət rabitə xidmətinin xüsusi növüdür. Azərbaycan Respublikasında onun vəzifələri aşağıdakılardan ibarətdir:

Feldyeger rabitəsi orqanlarında dövlət qulluğu dövlət qulluğunun xüsusi növüdür. Fəxri ad Azərbaycan Respublikasında mədəniyyət, ədəbiyyat, elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə dövlət tərəfindən verilən ad. Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər.

> Fərman (Azərbaycan Respublikasında)

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi və ayrı-ayrı sahələrlə bağlı ümumi qaydaları əks etdirən normativ hüquqi akt (Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinin 1-ci hissəsi). Fərman qəbul olunduqda, bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədilə qəbul olunduğu qeyd edilməlidir.
Məzmunu Azərbaycan Respublikasının Konstitusiyasına, referendum aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Azərbaycan Respublikasının qanunlarına uyğun gəlməlidir. Öz növbəsində Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ və qeyri-normativ aktlar da fərmanlara uyğun gəlməlidir.

> Fəaliyyət Planı

Bu rəsmi sənəd ayrı-ayrı dövlət orqanlarının, dövlət təşkilatlarının, idarələrin, müəssisələrin, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin, bələdiyyə təşkilatlarının, vətəndaşların və hüquqi şəxslərin üzərinə müəyyən ardıcıllıqla yerinə yetirmək üçün vəzifələr qoyur. Həmin vəzifələr cəmiyyətin sosial-iqtisadi, siyasi, mədəni həyatında köklü islahatların aparılması, müəyyən dəyişikliklərin həyata keçirilməsi və s. məqsədlərə nail olmaq üçündür. Səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilir və bir qayda olaraq, müvafiq hüquqi aktların qəbul edilməsi üçün əsasdır.

> Fiziki şəxs

hüquq münasibətlərində öz adından iştirak edən insan fərdi. Azərbaycan Respublikasının bütün vətəndaşları, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

> Fəaliyyət qabiliyyəti

fiziki və ya hüquqi şəxslərin özləri qanun çərçivəsində hüquqlar əldə edə və həyata keçirə bilər, özü üçün vəzifələr yarada və bunları icra edə bilər: bu, hər bir insanın fəaliyyət qabiliyyətidir.

H
> Hakimiyyət

əlində hakimiyyət olan şəxs öz iradəsini ona tabe olan digər şəxslərə yeridə və onların davranışını tələb olunan istiqamətə yönəldə bilər: bu, hakimiyyətdir.

> Hakimiyyət səlahiyyətləri

konkret şəxsə dövlət adından çıxış etməklə digər şəxslər üçün məcburi qərarlar vermək və dövlət mülkiyyətini təşkil edən maliyyə vəsaitləri, digər maddi nemətlər üzərində sərəncam vermək hüquqları verilir: bunlar hakimiyyət səlahiyyətləri hesab edilir.

> Hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçularının siyahısı

Bu rəsmi yazılı sənəd qəti və birmənalı olaraq dövlət qulluqçuları hesab edilən vəzifələri əks etdirir: bunların hakimiyyət səlahiyyətləri olur. Bu sənədə əsasən müvafiq dövlət qulluqçuları hakimiyyət səlahiyyətləri verilmiş şəxs kimi tanınırlar. Bu cür siyahı ölkənin ali dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Azərbaycan Respublikasında hakimiyyət səlahiyyətləri verilmiş dövlət qulluqçularının siyahısı xüsusi qanunla müəyyən edilir.

> Hakimlər (Azərbaycan Respublikası məhkəmələrinin hakimləri)

dövlət adından ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir. Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər.

> Hesabat

Bu sənəd vasitəsilə fiziki, hüquqi şəxslərin, dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların müəyyən dövr ərzindəki fəaliyyəti və onun nəticələri, gəlirləri və xərcləri, habelə hazırkı maddi vəziyyəti barədə səlahiyyətli qurumlara və ya vəzifəli şəxslərə məlumat verilir. Adətən, qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunur. İctimaiyyətə yazılı məlumat vermək üçün nəzərdə tutulur.

> Hədiyyə

bir şəxsin digərinə verdiyi nemətdir. Bu ya əvəzsiz olaraq verildikdə, ya da həqiqi dəyərindən xeyli miqdarda aşağı qiymətə satıldıqda hədiyyə hesab edilir. Bu, aşağıdakı şəkildə ola bilər: pul vəsaitləri, müxtəlif növlü qiymətli kağızlar, əşyalar, müəyyən qeyri-maddi nemətlər. Bir qayda olaraq, bunu rəsmi şəkildə edirlər, bu zaman mütləq bağışlama müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikasında dövlət qulluqçularına hədiyyələrin təqdim edilməsi qaydası korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliklə tənzimlənir.

> Hərbi qulluqçular

Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər aşağıdakı sahələrdə hərbi xidmətdə olduqda hərbi qulluqçu hesab edilir.

Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları hərbi qulluqçulara şamil edilmir.

> Hərbi rütbə

Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə verilən müvafiq rütbədir. Bu, aşağıdakılardan asılı olaraq müəyyən edilir:


> Həmkarlar ittifaqları

istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilər, habelə pensiyaçılar və təhsil alan şəxslər əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində könüllü olaraq müəyyən qruplarda birləşir və ittifaq yaradırlar. Bu birliyin əsasını fərdi üzvlük prinsipi təşkil edir, (yəni ittifaqın hər bir üzvü fərdi olaraq üzvlük haqqı verir) Müstəqil ictimai, qeyri-siyasi təşkilatlardır. Öz nizamnamələri və "Həmkarlar ittifaqları haqqında" Qanun əsasında fəaliyyət göstərirlər.

> Hüquq bərabərliyi

hüquq subyektlərinin eyni məzmunda və həcmdə hüquqlara, imtiyazlara malik olması və vəzifələr daşıması; əhatə dairəsi baxımından müxtəlif ola bilər (hamını, yaxud müəyyən sosial təbəqələri, qrupları əhatə edə bilər); demokratik dövlətlərin qanunvericiliyində mümkün olduğu qədər daha çox sayda şəxsləri əhatə edir.

> Hüquqi status

qüvvədə olan hüquq normaları vasitəsilə hüquq subyektlərinin (fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların, vəzifəli şəxslərin) cəmiyyətdə faktiki vəziyyətinin, yəni hansı hüquqlara malik olmasının, nəyə ixtiyarı olmadığının əks etdirilməsi. Hər bir şəxsin malik olduğu hüquq və vəzifələrin məcmusu.

> Hüquqi şəxs

qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

> Hüquq-mühafizə orqanları

icra hakimiyyəti, prokurorluq orqanlarıdır. Aşağıda göstərilənləri icra edir:


E
> Elmi fəaliyyət

müəyyən elm və ya incəsənət sahəsi üzrə tədqiqatların aparılmasıdır. Elmi idarə və təhsil müəssisələrində, yaxud onlarla müəyyən əməkdaşlıq şəraitində həyata keçirilir. Elmi fəaliyyətlə məşğul olanlar elmi məqalələr, monoqrafiyalar, kitablar, dərsliklər, dərs vəsaitləri, tədris-metodiki vəsaitlər, kataloq və digər vəsaitlər, elmlə bağlı müxtəlif materiallar hazırlayır, onları nəşr etdirir, habelə dissertasiya üzərində işləyir və onu müdafiə edirlər.

> Ezamiyyət (xidməti ezamiyyət)

dövlət orqanının, birliyin, müəssisənin, idarənin, təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi.

> Ehtiyat kadr

dövlət orqanlarında inzibati vəzifələrin müvafiq təsnifatlarına uyğun boş vəzifələri tutmaq üçün müsabiqə elan edilir, müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin siyahısı vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanına təqdim edilir. Müsabiqədən keçib vəzifəyə təyin edilməyən namizədlər ehtiyat kadr hesab edilir. Ehtiyat kadrların formalaşdırılmasının məqsədi ondan ibarətdir ki, müvafiq dövlət orqanlarında belə vakant vəzifələr yarandıqda siyahıya daxil edilmiş namizədləri həmin vəzifələrə müsabiqədən kənar təyin etmək imkanı olsun.

> Elektron hökumət

fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara, vəzifəli şəxslərə, bələdiyyələrə dövlət qurumları tərəfindən hazırlanmış məlumatların təqdim edilməsi və xidmətlərin göstərilməsi üsullarından biri. Bu zaman müvafiq dövlət qurumu ilə müraciət edən subyekt arasında əlaqələr informasiya texnologiyaları vasitəsilə həyata keçirilir, subyekt onu maraqlandıran sualları, müraciətləri və s. elektron xidmət vasitəsilə müvafiq orqanlara getmədən (vaxt itirmədən) həyata keçirə bilər və tələblərinə cavabları da bu yolla ala bilər.

> Elektron imza

informasiya texnologiyaları vasitələri ilə verilən informasiyaya əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibinin həmin adam olduğunu təsdiqləməyə imkan verən qeydlər; elektron formada hazırlanmış sənədin həqiqiliyini və onun məhz göstərilən şəxs tərəfindən verildiyini təsdiq edən əsas vasitələrdən biridir.

> E-qəbul

ayrı-ayrı fiziki və hüquqi şəxslər öz mənafelərinə aid konkret məsələləri həll etmək, o cümlədən hüquqlarını və qanuni mənafelərini qorumaq, qanunla verilmiş imkanlarından istifadə etmək üçün müvafiq dövlət orqanına (və ya digər dövlət qurumuna) informasiya texnologiyaları (kompyuter) vasitəsilə müraciət edə bilərlər.
Həmçinin konkret şəxslər müvafiq dövlət qulluğu vəzifəsini tutmaq məqsədilə müsabiqədə iştirak etmək üçün sənədlərini E-qəbul vasitəsilə göndərə bilər və həmin sənədlər irəli sürülən tələblərə cavab verdikdə dövlət qulluğuna qəbulu həyata keçirən orqan bunları təsdiq edə bilər.

> Etik davranış

bax: dövlət qulluqçusunun etik davranış qaydaları.

> Ekspert

müəyyən elm, incəsənət sahəsi üzrə konkret məsələlərin həll edilməsi zərurəti yarandıqda bu sahənin mütəxəssisləri həmin məsələnin həllinə cəlb olunurlar -bunlar da ekspert adlanır.

> Elmi ad

ali təhsil müəssisəsinin elmi-pedaqoji kadrları akademik karyera qurarkən müxtəlif pillələrdən keçməlidirlər. Həmin mərhələləri onların aldıqları elmi adlar əks etdirir. Hazırda Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin kafedralarının dosenti və professoru elmi adları, həmçinin müvafiq elmi-tədqiqat ixtisası üzrə dosent və professor elmi adı verilir. Müvafiq ixtisas üzrə elmi adlar həmçinin ali təhsil müəssisələrində elmi işçi vəzifəsində çalışan şəxslərə də verilir. Dosent elmi adı bir qayda olaraq, müvafiq elm sahəsi üzrə fəlsəfə doktoru, professor elmi adı isə müvafiq elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslərə verilir.

> Elmi dərəcə

elm xadimlərinin akademik karyerasının ayrı-ayrı mərhələlərində sıralanmasına imkan verir. Hazırda Azərbaycan Respublikasında müvafiq elm sahəsi üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri verilir.

G
> Gömrük orqanları

Azərbaycan Respublikasında gömrük işini həyata keçirən orqanlar. Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük orqanları hüquq mühafizə orqanlarıdır. Gömrük orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür.
Gömrük orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

> Güzəştlər

müəyyən şəxslər ümumi vəzifə və öhdəliklərin yerinə yetirilməsindən tamamilə və ya qismən, daimi olaraq və ya müəyyən müddətə azad edilir, onların hüquqi vəziyyətləri nisbətən yüngülləşdirilir: bunlar güzəşt hesab edilir.

> Gender (ing. "gender" - "cins")

insanın cinsi mənsubiyyətindən irəli gələn sosial xüsusiyyətləri bildirən anlayış. Məsələn, kişilərlə bağlı problemlər, qadın azadlığı, qadının cəmiyyətdə mövqeyi və s. məsələlər. Bu termin adətən sosial elm sahələrində işlədilir.

I
> İdarəetmə

müəyyən məqsədlərə nail olmaq, maraqları həyata keçirmək üçün səlahiyyətli şəxsin (idarəetmə subyekti) digər şəxslərin davranışını nizamlaması, obyektiv proseslərin gedişatına təsir göstərməsi. İdarəetmənin xüsusi növü dövlət idarəetməsidir. Bu idarəetmə növündə dövlət hakimiyyəti orqanları və vəzifəli şəxslər, habelə dövlət qulluqçuları qabaqcadan müəyyən edilmiş siyasi kursu həyata keçirmək üçün mütəşəkkil surətdə və qanunvericilik əsasında fəaliyyət göstərirlər.

> İdarəçilik

idarəetmə tərzi, forması, idarəetmə prosesini həyata keçirən orqanlar və təşkilatlar sistemini, onların təşkil edilmə qaydalarını və qarşılıqlı münasibət formalarını müəyyənləşdirir.

> İcra hakimiyyəti orqanları

ölkədə dövlət hakimiyyətinin müstəqil qollarından biridir. Bu sistem Konstitusiyanı, qanunların bilavasitə icrasını həyata keçirir, ölkə əhalisinin maraq və tələbatlarının ödənilməsinə, ictimai maraqların təmin olunmasına xidmət edən sistemdir.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur (Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsi). Azərbaycan Respublikası Prezidentinin tabeliyində olan bütün dövlət orqanları və vəzifəli şəxslər icra hakimiyyəti orqanlarına aid edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları (nazirliklər, dövlət komitələri və komissiyaları) və rayon (şəhər) icra hakimiyyəti orqanları da icra hakimiyyəti orqanları sisteminə daxildir. İcra hakimiyyəti orqanlarının aparatında daimi əsaslarla çalışan şəxslərə (həmin orqanların rəhbərliyi və bir sıra dövlət qurumları istisna olmaqla) dövlət qulluğu haqqında qanunvericilik şamil edilir.

> İctimai təşkilatların qərarları

ictimai təşkilatların nizamnaməsinə uyğun olaraq, onların idarəetmə orqanları tərəfindən qəbul edilir və bu rəsmi göstəriş və qaydaların icrası təşkilat üzvləri üçün məcburi olur.

> İcarə (icarə müqaviləsi, əmlak kirayəsi müqaviləsi)

mülki hüquq müqavilələrindən biridir. Bu müqaviləyə görə icarəyə verən icarəçiyə aşağıdakı hüquqları verir:

İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borçludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

> İnformasiya (lat. "informatio" - "izah etmə", "məlumatlandırma")

faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. Yaranma tarixi, təqdimat forması və təsnifatından asılı olmayaraq, istənilən fəaliyyət nəticəsində yaradıla, yaxud əldə oluna bilir.

> İnformasiya sorğusu

informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Bu azadlığın təmin edilməsi məqsədi ilə informasiya sorğusunun verilməsi və onun cavablandırılması qaydasını Azərbaycan Respublikasının müvafiq Qanunu müəyyən edir.

> İnformasiya sahibi

dövlət orqanları, bələdiyyələr (bunlar Azərbaycan Respublikasının "İnformasiya əldə etmək haqqında" Qanunu ilə müəyyənləşdirilir), hüquqi şəxslər və fiziki şəxslər (bunlar mülkiyyət növündən asılı olmayaraq yaradılır) informasiya əldə etmək hüququnu təmin edirlər - bunlar İnformasiya sahibləridir.

> İnsan hüquq və azadlıqları

Hər bir cəmiyyət üzvünün öz hüquq və azadlıqları var. Bunların siyahısı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (məsələn, 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyasında, 1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Konvensiyada və s.) əks olunmuşdur.

> İntizam məsuliyyəti

intizam xətaları törətmiş hər bir şəxsə qanuna əsasən müvafiq intizam tənbehi nəzərdə tutulmuşdur. Bu, vətəndaşın intizam məsuliyyətidir. Azərbaycan Respublikasında dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi və intizam tənbehinə məruz qalmasının əsasları və qaydası dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmişdir.

> İntizam icraatı

intizam qaydalarının pozulması, intizam xətalarının törədilməsi hallarını səlahiyyətli şəxslər (qurumlar) araşdırmalı, təqsirkar şəxsləri intizam məsuliyyətinə cəlb etməli və ona qarşı tənbeh tədbirləri görməlidir. Bütün bu rəsmi hərəkətlər və görülən tədbirlər birlikdə intizam icraatı sayılır.

> İntizam tənbeh tədbiri

bax: tənbeh.

> İnzibati məsuliyyət

konkret fiziki və ya hüquqi şəxs inzibati hüquq pozuntusu törətdikdə səlahiyyətli dövlət orqanları ona inzibati tənbehlər verir (yəni onu xəbərdar edir, cərimə edir, əmlakını müsadirə edir, xüsusi hüquqlardan məhrum edir və s.). Bunlar həmin şəxsin inzibati məsuliyyətidir.

> İnzibati tənbeh

inzibati xəta törədən şəxs məcburi tənbeh olunur. Belə tədbirlərin məqsədi ondan ibarətdir ki, həm inzibati xəta törədən şəxs qanunlara əməl etməyə alışsın, həm də onun və digər şəxslərin yeni inzibati xətalar törətməsinin qarşısı alınsın.

> İnzibati vəzifə

dövlət orqanlarının aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin dövlət qulluğu vəzifələri. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu həmin orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə (göstərişlərlə), habelə vəzifə təlimatları ilə müəyyən edilir.

> İnzibati vəzifənin profili (fra. "profil", lat. "filum"- "ip", "görüntü", "növ")

Hər bir konkret inzibati vəzifə üçün təyinatı və funksiyasından asılı olaraq, konkret işlər müəyyənləşdirilir.

> İnzibati vəzifələrin təsnifatı

Hər bir dövlət orqanında inzibati vəzifələrin səlahiyyətləri, yerinə yetiriləcək işin həcmi həmin vəzifədən asılı olaraq qruplaşdırılır. Bu, dövlət qulluğu haqqında qanunvericiliklə müəyyənləşdirilir.

> İnzibati vəzifələrin təsnifat toplusu

inzibati vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri rəsmi normativ sənəddə əks olunur. İnzibati vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır.

>İ mtiyaz

müəyyən şəxslərə qanunvericiliklə müstəsna hüquqlar verilir ki, (bunlar hamıda və ya geniş əhali kütləsində olmur) bunlar imtiyazlar hesab olunur. İmtiyazlar eyni zamanda müəyyən vəzifələri, öhdəlikləri icra etməkdən tam və ya qismən azad edə bilər. Bu halda onlar güzəştlərin xüsusi növü kimi çıxış edir.

> İstintaq

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq konkret cinayət işi üzrə ibtidai (məhkəməyə qədər) araşdırmanın iki formasından biri (təhqiqatla yanaşı). Cinayət-Prosessual Məcəlləsində göstərilən istintaq orqanları tərəfindən müvafiq prosessual qaydada aparılır.

> İxtisas

konkret peşə və fəaliyyət növü üçün zəruri olan və xüsusi hazırlıq vasitəsilə əldə edilmiş bilik və bacarıqların məcmusu.

> İxtisas dərəcəsi (dövlət qulluqçularının ixtisas dərəcələri)

Dövlət qulluqçusunun ixtisas səviyyəsini göstərən, ona inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verən dərəcə.

> İctimai birliklər

bir neçə fiziki və (və ya) hüquqi şəxsin öz maraq və təşəbbüsləri ilə birləşərək yaratdıqları qeyri-hökumət təşkilatıdır. Onların məqsədləri təsis sənədlərində əks olunur. Belə təşkilatlar könüllü yaradılır və özləri özlərini idarə edir. Onların fəaliyyətlərinin əsas məqsədi gəlir əldə etməyi nəzərdə tutmur və əldə edilən gəliri öz üzvləri arasında bölmür.

> İctimai fəaliyyət

bax: siyasi və ictimai fəaliyyət.

> İctimai etimad

İki mənada başa düşülə bilər:

  1. ümumi mənada: hər hansı şəxsin və ya qurumun fəaliyyəti, qarşısına qoyduğu məqsəd və vəzifələr cəmiyyət tərəfindən tanınır və dəstəklənir;
  2. dövlət qulluğunun etik davranış qaydası kimi: dövlət qulluqçusunun fəaliyyəti nəticəsində cəmiyyət qarşısında dövlət orqanının və dövlət qulluğunun nüfuzu möhkəmlənir.

> İstefaya getmə

müəssisə, idarə və təşkilatda çalışan şəxslərin, o cümlədən dövlət orqanlarında fəaliyyət göstərən dövlət qulluqçularının öz təşəbbüsü ilə xidməti vəzifələrinin icrası prosesini birdəfəlik dayandırması. Dövlət qulluqçusunun öz təşəbbüsü ilə dövlət qulluğu fəaliyyətini dayandırması.

> İxtisas tələbləri

müəyyən vəzifəni tutmaq üçün namizədlərə və onların ixtisasına, yəni onların konkret işi yerinə yetirmək üçün zəruri peşə bacarıqlarına aid tələblər (məsələn, müvafiq ali təhsilə, işin yerinə yetirilməsi üçün tələb olunan vərdişlərə malik olmaq və s.).

> İş vaxtı

İşçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Həftəlik və gündəlik iş saatları Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Ümumi qaydaya görə gündəlik normal iş vaxtının müddəti səkkiz saat, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtı 40 saatdır. Qısaldılmış iş vaxtı da müəyyən edilə bilər. Bu, Əmək Məcəlləsi ilə, müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə müəyyənləşdirilir. Bunun üçün aşağıdakı şərtlər nəzərə alınır: işçilərin ayrı-ayrı kateqoriyaları, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində aşağıdakı qaydada bölüşdürülür:


> İşə götürülmə

Bu zaman vakant vəzifəyə namizədlə işə götürən orqan, idarə, müəssisə və təşkilat rəhbərliyi arasında əmək müqaviləsi bağlanır, namizəd müqavilədə göstərilən əmək funksiyalarını bilavasitə yerinə yetirməyə başlayır. Dövlət qulluqçularının işə götürülməsi dövlət qulluğuna qəbul çərçivəsində həyata keçirilir.

> İşdən çıxma

Bu zaman işçilərlə (o cümlədən dövlət qulluqçuları ilə) dövlət orqanının, müəssisə, idarə, təşkilat rəhbərliyi arasında əvvəllər bağlanmış (əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslar və qaydalara uyğun olaraq) və qüvvədə olan əmək müqaviləsinə xitam verilir. Ancaq işdən çıxma əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslar və qaydalara uyğun olmalıdır.

> İctimai rəy sorğusu

müəyyən məsələ ilə bağlı ayrı-ayrı əhali qruplarının mövqeyinin öyrənilməsi, habelə ictimai həyatın müəyyən sahələrində gedən proseslərin gedişatı haqqında təsəvvürlərin formalaşdırılması üçün əhalinin rəyinin öyrənilməsi.

> İşçi qrup

müvəqqəti xarakterli, qeyri-sabit tərkibli kollektivdir. Bu, aşağıdakı məqsədlər üçün yaradılır:

Müvafiq dövlət orqanında çalışan dövlət qulluqçularından, idarə, müəssisə, təşkilat əməkdaşlarından ibarət ola bilər. Lakin kənar şəxslərin dəvət olunması da mümkündür. Bir dövlət orqanının (təşkilatın, idarənin, müəssisənin) tərkibində təşkil oluna və ya bir neçə belə qurumu əhatə edə bilər. Bir neçə qurum əhatə edildiyi halda, işçi qrupunun yaradılması haqqında qərarı yuxarı orqan qəbul edir.

> İşgüzar nüfuz

fiziki və hüquqi şəxslərin peşəkarlığı və ictimai fəaliyyəti barədə mövcud olan ictimai rəy. Qanunvericiliyə uyğun olaraq dövlət qulluqçuları hamının işgüzar nüfuzuna hörmətlə yanaşmalıdır.

Ə
> Ədliyyə orqanları

İki mənada anlaşıla bilər:

  1. geniş mənada: ölkənin məhkəmə və hüquq-mühafizə orqanları sistemi;
  2. dar mənada: Ədliyyə Nazirliyi sisteminin tərkibində olan, məhkəmə və hüquq-mühafizə fəaliyyətini təmin edən xidmətlər (məsələn, məhkəmə icraçıları, məhkəmə nəzarətçiləri, penitensiar xidmət və s.).

Ədliyyə orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər — xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) isə dövlət qulluğu haqqında qanunvericilik şamil edilir.

> Əlavə təhsil

vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil.

> Əmanətlər

fiziki və ya hüquqi şəxslər onlara məxsus olan maliyyə vəsaitlərini saxlamaq, məbləği artırmaq və ya gəlir əldə etmək məqsədi ilə kredit təşkilatlarına və ya banklara, yaxud qanunvericiliklə səlahiyyət verilmiş digər müəssisələrə qoyurlar.

> Əmək qanunvericiliyi

ölkədə əmək münasibətlərini (işə götürmə, işdən çıxarma, müqavilə bağlanması şərtləri və s.) tənzimləyən qanunvericilik aktları sistemi. Azərbaycan Respublikasında əmək qanunvericiliyinin tərkibinə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Əmək Məcəlləsi və digər qanunvericilik aktları daxildir.

> Əmək haqqı

müəssisə, idarə, təşkilatlarda çalışan işçilərə, eləcə də dövlət qulluqçularına yerinə yetirdikləri işin müqabilində müntəzəm ödənilən maddi vəsait. Onun həcmi və ödənilməsi qaydası yerinə yetirilən işin xüsusiyyətlərindən, habelə işçinin tutduğu vəzifədən, iş stajından və digər amillərdən asılı olur. Dövlət qulluqçularının əmək haqqı dövlət məvacibi formasında ödənilir.

> Əmək müqaviləsi (kontraktı)

işəgötürənlə işçi arasında fərdi qaydada bağlanır. Əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirir. Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və ləğv edilməsi qaydaları Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. Dövlət qulluqçuları ilə müvafiq dövlət orqanı aparatının rəhbərliyi arasında da əmək müqavilələri bağlanır, dəyişdirilir və xitam edilir.

> Əmək qabiliyyəti

insanın aktiv surətdə ictimai faydalı əməklə, müəyyən peşə fəaliyyəti ilə məşğul olmasına imkan verən fiziki və ya psixi qabiliyyətlərinin məcmusu.

> Əmlakdan istifadə

İki mənada başa düşülür:

  1. ümumi mənada: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, əmlakdan təyinatına uyğun istifadə nəticəsində ondan fayda götürməkdən ibarət olan fəaliyyət. Fayda götürmə dedikdə, gəlir, artım, bəhrə, törəmə və başqa formalar nəzərdə tutula bilər;
  2. dövlət qulluğunun etik davranış qaydası kimi: dövlət qulluqçusunun istifadəsində olan dövlət əmlakından xidməti vəzifələrin icrası üçün qənaətlə və səmərəli istifadə etməsi nəzərdə tutulur.


> Əmr

Bu rəsmi yazılı göstəriş dövlət orqanı, müəssisə, idarə və təşkilat rəhbəri tərəfindən verilir və həmin orqanda, müəssisədə, idarədə çalışan bütün şəxslər üçün məcburi olur. Kargüzarlıq qaydalarına uyğun formada tərtib edilir, normativ və qeyri-normativ müddəaları özündə əks etdirə bilər. Ümumi və konkret, yazılı və şifahi, formal və qeyri-formal formalarda ola bilər.

> Əsasnamə

sistemləşdirilmiş normativ hüquqi aktdır. Konkret dövlət orqanlarının, idarə və müəssisələrinin, yaxud bütöv sistemin hüquqi statusunu, təşkili və fəaliyyəti qaydalarını, onların digər orqanlarla, təşkilatlarla və vətəndaşlarla qarşılıqlı münasibətlərini nizamlayır. Azərbaycan Respublikasında bir qayda olaraq, Azərbaycan Respublikası Prezidentinin fərmanı və ya Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunur. Lakin bəzən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən də təsdiq oluna bilər.

> Ərizə

vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri (xahiş, şikayət və s.) nəzərdə tutan müraciət.

> Əcnəbilər

Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşları. Azərbaycan Respublikasında əcnəbilərin statusu, o cümlədən onların dövlət qulluğuna qəbul edilib-edilməməsi, seçkili orqanlarda təmsil olunması məsələləri Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

K
> Kargüzar

təşkilatın işləri ilə əlaqədar sənədləşdirmə və sənədlərlə bağlı işin yerinə yetirilməsinə yardım edən şəxs.

> Kuryer (fr. "courier"- "qaçmaq")

təşkilat daxilində və ya təşkilatlar arasında işgüzar sənədlərin, digər əşyaların çatdırılmasını həyata keçirən şəxs. Dövlət orqanlarında fəaliyyət göstərən kuryerlər, bir qayda olaraq, yardımçı dövlət qulluğu vəzifələrinə aiddir.

> Kurator (lat. "curator" - "qəyyum")

müəyyən işin, prosesin gedişatı, konkret şəxslərin gündəlik fəaliyyəti üzrə nəzarəti həyata keçirən şəxs. Adətən, dövlət orqanı rəhbəri dövlət qulluqçularından birini kurator kimi təyin edir ki, o, dövlət qulluğuna qəbul edilənin staj keçmə dövründə işini istiqamətləndirsin, fəaliyyətinə nəzarət etsin və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim etsin.

> Konsepsiya (lat. "conceptio " - "anlayış ", "sistem ")

dövlət idarəçiliyində: müəyyən sahənin gələcək inkişaf xüsusiyyətlərini, istiqamətlərini, mümkün çətinlikləri və onların aradan qaldırılması yolları haqqında təsəvvürləri özündə əks etdirən ümumi fikirlər, rəhbər ideyalar toplusu, sistemi. Ali dövlət hakimiyyəti orqanları tərəfindən irəli sürülür və yazılı şəkildə rəsmi sənəd kimi təsdiq olunur. Bundan sonra konsepsiyada əks olunmuş müddəaların reallaşdırılması üçün müxtəlif Dövlət Proqramları, Fəaliyyət Proqramları, normativ hüquqi, normativ xarakterli və qeyri-normativ aktlar qəbul edilir.

> Korrupsiya

vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə hüquqi və fiziki şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların, güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə vəzifəli şəxslərin ələ alınmasıdır.

> Korrupsiya hüquq pozmaları

dövlət qulluqçuları, vəzifəli şəxslər, ayrı-ayrı vətəndaşlar və hüquqi şəxslər tərəfindən korrupsiya (vəzifə və səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq və ya vermək, maddi və s. nemət, imtiyaz və ya güzəştlər təklif etmək, vəd etmək və ya vermək və s.) ilə bağlı əməllərin törədilməsi.

> Kütləvi İnformasiya Vasitələri (KİV)

dövri mətbu nəşrlər (qəzet və jurnallar), teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları.

L
> Loyallıq (fr. "loyal" - "sadiq")

  1. ümumi mənada - hər hansı bir hadisəyə və ya kiməsə münasibətdə nəzakətli və etibarlı münasibət; qüvvədə olan qanunlara və hakimiyyət orqanlarına sədaqət, sözsüz tabeçilik, hakimiyyətin verdiyi qərarların qəbul edilməsi və icrası;
  2. dövlət qulluğunun etik davranış qaydası kimi - dövlət qulluqçusu (onun tutduğu vəzifəyə aid olmayanda) fəaliyyət göstərdiyi dövlət orqanının və onun rəhbərinin qanuni fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr söyləmir, bu mövzu ilə bağlı çıxışlar etmir və bunlara qiymət vermir (razı olmasa da, nəzakətlə susur); dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan hərəkətlərə yol vermir, yaxud qanunvericilikdə dövlət qulluğu ilə bağlı məhdudiyyətlər qoyulmuşdursa, bunlara əməl edir.

> Layihə

Müəyyən mənada hər hansı bir işin, tədbirin təfərrüatlı planına oxşar sənəddir.

  1. norma yaradıcılığı fəaliyyətində - hər hansı bir normativ, yaxud qeyri-normativ hüquqi aktlar (qərarlar, qətnamələr, müəyyən dəyişikliklər və s. sənədlər) hazırlamaq və qəbul etmək üçün həmin aktlar müzakirə edilir və bunların üzərində müvafiq iş aparılır. Bu yazılı sənədlər (plan kimi) hələ rəsmən təsdiq olunana kimi layihə hesab edilir.
  2. idarə, müəssisə və təşkilatların iş təcrübəsində - müvafiq idarə, müəssisə və təşkilatın qarşısında dayanan konkret məqsədlərin təmin edilməsi, maddi və qeyri-maddi nəticələrin əldə edilməsi, müəyyən istiqamətdə işlərin görülməsi üçün hazırlanan və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər layihədir.

M
> Maddi və ya qeyri-maddi nemətlər

mülki dövriyyənin obyekti olan istənilən əmlak.

> Maliyyə hesabatı

konkret şəxslərin (bir qayda olaraq dövlət qulluqçularının və vəzifəli şəxslərin) müəyyən müddətə olan əmlak vəziyyəti (yəni hansı əmlakları var), gəlirlərinin həcmi və mənbələri haqqında rəsmi yazılı məlumat. Səlahiyyətli dövlət orqanlarına təqdim olunmaq üçün tərtib edilir.

> Maraqların toqquşması

  1. geniş mənada - hadisələrin gedişatı subyektlərdən birini qane edir, digəri isə həmin vəziyyətlə razı olmur
  2. dövlət qulluğu vəzifələrinin icrası zamanı - dövlət qulluqçusunun vəzifə səlahiyyətlərinin icrası zamanı xidməti vəzifələri ilə şəxsi maraqları arasında yaranan ziddiyyət (vəzifə borcu şəxsi maraqlarını həyata keçirməyə imkan vermir)

> Mədəni davranış

dövlət qulluğu vəzifəsinin icra edilməsinin əsas prinsiplərindən biri mədəni davranışdır. Mədəni davranış tələblərinə görə dövlət qulluqçusu vəzifə səlahiyyətlərini icra edərkən təmasda olduğu şəxslərlə cəmiyyətdə qəbul edilmiş ümumi əxlaqi normalar çərçivəsində davranmalı, həmin şəxslərin şərəf və ləyaqətinə toxuna biləcək hərəkətlərə yol verməməlidir.

> Məlumatlardan istifadə

dövlət qulluqçusunun etik davranış qaydalarına aid olan prinsiplərdən biri; dövlət qulluqçusu xidməti vəzifələrini icra edərkən müvafiq dövlət orqanının sərəncamında olan məlumatların əldə olunması və yayılmasını təmin etməli (bunlar hamısı qanun çərçivəsində olmalıdır), eləcə də müvafiq orqanda məlumatlardan istifadə edərkən müəyyən edilmiş qaydalara tabe olmalıdır.

> Məhkəmə hakimiyyəti

Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət hakimiyyətinin qanunvericilik və icra hakimiyyətləri ilə yanaşı, məhkəmə hakimiyyəti də mövcuddur. Bu, müstəqil orqandır. Məhkəmə mülki, cinayət, inzibati və konstitusiya işlərinə (mübahisələrinə) baxır, onları həll edir, yəni ədalət mühakiməsini həyata keçirir, habelə bununla bağlı digər səlahiyyətləri yerinə yetirir.

> Məhkəmə qərarı

Əsas məhkəmə sənədidir. Məhkəmədə konkret mülki, cinayət, inzibati, konstitusiya işinə baxılması nəticəsində verilir və işin mahiyyəti üzrə həll edilməsini nəzərdə tutur. Məhkəmə qərarları bir-birindən fərqlənir: cinayət işlərinə baxılması nəticəsində verilən qərarlar hökm adlanır. Mülki, inzibati işlərin baxılması nəticəsində verilən məhkəmə qərarları isə qətnamələr adlanır.

> Məzuniyyət

qanunla bütün işçilərə, o cümlədən dövlət qulluqçularına verilən istirahət vaxtı. Qanunvericiliklə müxtəlif növləri fərqləndirilir: əsas məzuniyyət (fəaliyyət göstərdiyi müəyyən dövr üçün müntəzəm surətdə verilir), təhsil məqsədilə verilən məzuniyyət, sosial məzuniyyətlər, işçinin özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar olan və elmi məzuniyyətlər.

> Mərkəzi icra hakimiyyəti orqanı

Dövlət orqanları sistemidir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təşkil edilir və ona tabe olur. Buraya nazirliklər, dövlət komitələri, komissiyalar və s. daxildir. Ölkə ərazisində ayrı-ayrı idarəçilik sahələri üzrə icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirir.

> Mərkəzi icra hakimiyyəti orqanının yerli bölmələri

Mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təkbaşına, yaxud yerli icra hakimiyyəti orqanları ilə birlikdə formalaşdırılır. Bu qurum müvafiq inzibati-ərazi vahidi hüdudlarında fəaliyyət göstərir: həmin ərazidə mərkəzi icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini yerinə yetirir. Müvafiq mərkəzi icra hakimiyyəti orqanına (bəzi hallarda isə ikiqat tabeçilik qaydasında həm də yerli icra hakimiyyəti orqanlarına) tabedir.

> Məcəllə

ayrı-ayrı hüquq (qanunvericilik) sahələrinə aid olan normaları bir araya gətirən normativ hüquqi aktdır. Mütəxəssislər tərəfindən hazırlanır və səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq olunur.

> Məhdudiyyət

qüvvədə olan normativ və qeyri-normativ hüquqi aktlara (qəbul edilmiş qanun və göstərişlərə, normalara) əsasən, şəxslərin davranışına müəyyən hədlərin qoyulması; adətən qadağalar vasitəsilə həyata keçirilir.

> Məsuliyyət (hüquqi məsuliyyət)

İki mənada izah edilə bilər:

  1. pozitiv (müsbət) mənada: subyektin (vətəndaşın, təşkilatın, dövlət orqanının, vəzifəli şəxsin, dövlət qulluqçusunun və s.) üzərinə qanunla müəyyən vəzifələr qoyulur və bunlar mütləq yerinə yetirilməlidir;
  2. neqativ (mənfi) mənada: hər bir şəxs törətdiyi əməllərə (xətalara, yaxud cinayət əməlinə) və onların nəticələrinə görə cavab verməlidir, ona qarşı müəyyən sanksiyalar, cəza və s. təyin edilir ki, həmin şəxs buna mütləq qatlanmalıdır. Göstərilən mənada məsuliyyətin aşağıdakı növləri fərqləndirilir: intizam, inzibati, maddi (mülki) və cinayət məsuliyyətləri.

> Müddəa

müəyyən şəxslər dairəsinə və ya konkret şəxslərə ünvanlanan rəsmi xarakterli göstərişlərdir. Normativ və qeyri-normativ hüquqi aktlarda əks olunur.

> Müraciət (vətəndaşların, idarə, müəssisə və təşkilatların müraciətləri)

vətəndaşlar, idarə, müəssisə və təşkilatlar həm özlərinin, həm də digər şəxslərin mənafeyi naminə dövlət orqanları, konkret vəzifəli şəxslər qarşısında müəyyən məsələlər qaldırır, təşəbbüslərlə çıxış edirlər. Bu müraciətlər həm yazılı ola bilər, həm də şifahi formada şikayət və ya ərizə verməklə ola bilər.

> Mükafatlar

işçilərə verilən pul və sair maddi nemətlərdir. Bu, aşağıdakı hallarda edilir:

Digər işçilər kimi, dövlət qullluqçularının da yuxarıda göstərilən əsaslarla və məqsədlərə görə vəzifə maaşına əlavə kimi mükafat almaq hüququ vardır.

> Müsabiqə

dövlət qulluğuna qəbulun və inzibati vəzifələrin tutulmasının əsas formalarından biri. Müsabiqə zamanı konkret dövlət qulluğu vəzifəsini tutmaq iddiasında olan bir neçə namizəd ardıcıl olaraq yoxlama imtahanlarından keçirilir; müsabiqə həmin namizədlərdən daha layiqli olanı müəyyənləşdirmək məqsədi ilə keçirilir.

> Müsahibə

Dövlət qulluğuna qəbul zamanı namizədlərin şəxsi və peşəkarlıq keyfiyyətlərini yoxlamaq, müvafiq vəzifəyə yararlılığını müəyyənləşdirmək məqsədilə onları şifahi sorğuya cəlb edirlər. Aşağıdakı hallarda keçirilir:

  1. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması zamanı keçirilən müsabiqənin əsas mərhələlərindən biri kimi (bax: müsabiqə);
  2. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin müvafiq təsnifatlarına uyğun olan vəzifələrin tutulmasının əsas formalarından biri.

> Mütəxəssis

müəyyən əmək, fəaliyyət növünü, yaxud müəyyən peşəni (elm, incəsənət, texnika sahəsinə aid olan və s.) əsaslı və dərindən bilən, həmin sahədə və ya peşə üzrə daim və mütəmadi olaraq məşğul olan şəxs.
Dövlət orqanlarının fəaliyyəti prosesində xüsusi bilik və bacarıqlardan istifadə ilə əlaqədar konkret məsələlər həll edilərkən (məsələn, attestasiyanın keçirilməsi zamanı) müvafiq orqanın işinə mütəxəssis cəlb edilir.

> Müvəkkil

hüquqi əhəmiyyətli müəyyən hərəkətlər üçün səlahiyyətlər əldə etmiş şəxs: bu səlahiyyətlərlə ayrı-ayrı şəxslərin mənafeyini müdafiə edir. Göstərilən səlahiyyət dövlətin, ayrıca dövlət orqanlarının adından çıxış etmək zərurəti yarandıqda normativ hüquqi aktlara, qeyri-normativ hüquqi aktlara əsaslana bilər. Vətəndaşların və özəl təşkilatların adından çıxış etmək zərurəti yarandıqda müqaviləyə əsaslana bilər.

N
> Normativ hüquqi akt

> Normativ xarakterli akt

Bu rəsmi sənəd "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilir; bir qrup insanlar üçün (məhdud subyektlər dairəsi üçün) məcburi davranış qaydalarını əks etdirir. Bu sənəd müvəqqəti xarakter daşımır, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulur.

O
> Ombudsman - (Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili)

Belə adlandırılan şəxs aşağıdakı funksiyaları yerinə yetirir:

Ö
> Ödənişli fəaliyyət

istənilən əmək fəaliyyətinin əvəzi pulla, qiymətli kağızlarla, habelə digər maddi nemətlərlə ödənilirsə və bu fəaliyyət daimi əsaslarla həyata keçirilirsə, ödənişli fəaliyyət hesab edilir.

P
> Pedaqoji fəaliyyət

müəyyən biliklər və vərdişlərin aşılanması üçün aparılan təlim və tərbiyə fəaliyəti (müəllimlərin fəaliyyəti). Mütəmadi olaraq, konkret tədris proqramı əsasında mülkiyyət formasından asılı olmayaraq müvafiq tədris müəssisələrində həyata keçirilir.

> Pensiya (lat. "pensio" - "ödəniş")

vətəndaşlara aylıq pul ödənişi formasıdır. Əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilir. Aşağıdakı kompensasiya məqsədləri ilə verilir:

> Pensiyaya çıxma

dövlət qulluğuna xitam verilməsi üçün əsaslardan biri. Dövlət qulluqçusu müəyyən yaş həddinə (pensiya yaşına) çatdıqdan sonra tutduğu vəzifədən tam olaraq azad edilir (dövlət qulluğuna xitam verilməsi) və müvafiq dövlət qurumlarında qeydə alınmaqla ona qanunla nəzərdə tutulmuş pensiya verilməsi nəzərdə tutulur.

> Peşə hazırlığı

şəxsin müəyyən növ əmək funksiyalarını yerinə yetirmək üçün bütün zəruri bilik və vərdişlərə yiyələnmək məqsədi ilə ardıcıl olaraq həyata keçirdiyi tədris fəaliyyəti.

> Peşəkarlıq və fərdi məsuliyyətin artırılması (prinsip kimi)

dövlət qulluqçularının qanunla müəyyən edilmiş etik davranış qaydalarından biri; dövlət qulluqçularının öz vəzifələrini müxtəlif şəraitlərdə sistemli, səmərəli və sabit şəkildə icra etmələrini, onların qarşısına qoyulan vəzifələri qoyulmuş tələblərə uyğun tərzdə yerinə yetirmələrini nəzərdə tutur.

> Polis

Mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Bir qayda olaraq, xüsusi rütbə daşıyan polis əməkdaşlarından ibarətdir. İctimai təhlükəsizliyi və ictimai asayişi təmin edir, cinayətlərin qarşısının alınması və törədilmiş cinayət əməlləri ilə bağlı təhqiqat və istintaq funksiyalarını həyata keçirir. Daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının ayrıca qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növü hesab edilir.

> Prokurorluq

Vahid mərkəzləşdirilmiş dövlət orqanları sistemidir. Məhkəmə hakimiyyəti sisteminə daxildir, ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanır. Prokurorluq orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növü hesab edilir.

R
> Rotasiya (lat. "rotatio " — "dairəvi hərəkət, fırlanma ")

müəyyən qaydalara uyğun olaraq müəssisə, idarə, təşkilat işçilərinin, yaxud dövlət orqanı rəhbərliyinin, adi dövlət qulluqçularının bir iş yerindən digərinə keçirilməsi. Bu yolla dövlət orqanının, təşkilatın, idarənin müəssisənin tərkibinin təzələnməsi.

> Reyestr (lat. "regestum", yeni lat. "regestrum" - "siyahı")

Rəsmi qeydiyyat kitabıdır. Burada hüquqi əhəmiyyətli hadisələr, konkret şəxslərin hüquq və imtiyazları ilə, onların cəmiyyətdəki mövqeləri, qulluq vəziyyəti ilə bağlı hallar yazılı formada əks olunur. Bir qayda olaraq, qanunvericiliyə əsasən müvafiq dövlət orqanı tərəfindən aparılır.

> Rekvizit (lat. "requisitum" - "tələb edilən, "zəruri olan")

rəsmi sənədin müəyyən quruluşu, onun ayrı-ayrı tərkib hissələrinə bölünməsi və bu hissələrin müəyyən ardıcıllıqla verilməsi.

Q
> Qiymətləndirmə (dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi)

hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçusunun peşə hazırlığı, xidməti vəzifələrinin icrası, digər iş yoldaşları və rəhbərliklə münasibətləri barədə müəyyən olunmuş formada rəsmi rəy verilir - bu, onun xidməti fəaliyyətinin qiymətləndirilməsidir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi aşağıdakı məqsədləri güdür:

Dövlət qulluqçusu attestasiya edilərkən onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.

> Qanunçuluq

qanunun tələblərinin aidiyyəti olan bütün şəxslər tərəfindən olduğu kimi və dönmədən yerinə yetirilməsi. Dövlət qulluğunda və ümumiyyətlə dövlət orqanları sisteminin fəaliyyətində bu prinsiplər rəhbər tutulur.

> Qanunvericilik aktı (qanun)

Bu sənəd Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərini müəyyən edir (bunlar Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsində, 95-ci maddəsinin I hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuşdur). Normativ hüquqi aktların əsas növüdür. Azərbaycan Respublikasında qanunların hazırlanması, təsdiq olunması, qüvvəyə minməsi, ona düzəlişlərin edilməsi qaydaları Azərbaycan Respublikası Konstitusiyası və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

> Qanunvericilik orqanı aparatı

qanunvericilik orqanının (yəni deputat korpusunun) işinə təşkilati, maddi-texniki, məlumat, hüquqi, maliyyə dəstəyini həyata keçirir və həmin qanunverici orqanın nəzdində fəaliyyət göstərən idarə, şöbə və bölmələrin məcmusu.

> Qərarlar

Belə rəsmi sənədlərdə dövlət orqanlarının səlahiyyətlərinə aid olan konkret məsələlərin həll edilməsi nəzərdə tutulur. Bir qayda olaraq, kollegial dövlət orqanları tərəfindən qəbul edilir (məsələn, seçki komissiyaları, tarif şurası və s.). Ümumi qaydalar müəyyən etdikdə normativ hüquqi akt, normativ xarakterli akt hesab edilir; konkret qaydalar müəyyən etdikdə isə qeyri-normativ aktlara aid olur.

> Qərəzsizlik

dövlət qulluqçusunun xidməti vəzifələrinin icrası zamanı rəhbər tutmalı olduğu əsas etik davranış qaydalarından biri. Bu prinsipə görə, vəzifə borcunu yerinə yetirərkən, xüsusən də ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin mənafeyinə toxunan məsələləri həll edərkən obyektiv olmaq, yalnız qanunun tələblərini və işin konkret hallarını nəzərə almaq və qanunda nəzərdə tutulmadığı hallarda heç kəsə üstünlük verilməməlidir, şəxsi maraq və hisslər məsələnin həllinə təsir etməməlidir.

> Qısaldılmış iş vaxtı

qanunla nəzərdə tutulmuş iş vaxtından (tam iş vaxtından) daha az həcmdə olan iş vaxtı. Qısaldılmış iş vaxtı təyin edilərkən işçilərin ayrı-ayrı kateqoriyaları (ağır, ziyanlı iş şəraiti), onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyalarının xüsusiyyətləri nəzər alınır. (Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci hissəsi).

> Qulluq borcu

dövlət qulluqçusunun vəzifələrinə uyğun müəyyən edilmiş bütün tələblərin tam və dönmədən yerinə yetirilməsi.

> Qulluq etikası

dövlət qulluqçusu vəzifə borcunu yerinə yetirərkən digər dövlət qulluqçuları ilə, işlədiyi dövlət orqanının rəhbərliyi, üçüncü şəxslərlə münasibətlərdə rəhbər tutmalı olduğu əxlaqi qaydalar.

> Qulluq reqlamenti

müvafiq dövlət orqanı daxilində dövlət qulluqçularının hüquq və vəzifələrini müəyyən edir, dövlət qulluğu haqqında qanunvericilik əsasında və ona əlavə kimi qəbul edilən qaydalar. Müvafiq dövlət orqanının rəhbərliyi tərəfindən qəbul edilir və bütün dövlət qulluqçuları buna əməl etməlidir.

> Qulluq şəraiti

Əmək, sosial və iqtisadi normaların məcmusu. Dövlət qulluğu haqqında qanunvericilik, dövlət orqanı rəhbərliyi ilə dövlət qulluqçusu arasındakı razılaşma əsasında minimum normalar müəyyənləşdirilir ki, dövlət qulluğu vəzifəsi səmərəli və faydalı yerinə yetirilsin, dövlət qulluqçusunun həyat və sağlamlığı mühafizə edilsin. İş və istirahət vaxtlarının həcminə aid tələbləri, vəzifə səlahiyyətlərinin icrası üçün zəruri olan iş yerini, texniki ləvazimatları və digər məsələləri əhatə edir.

> Qulluqda irəli çəkilmək

müəyyən dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsinə malik şəxsin daha yüksək ixtisas dərəcəsi ilə təltif olunması.

> Qulluqda yüksəliş

dövlət qulluğu haqqında qanunvericiliyə əsasən, inzibati vəzifələrin ali - dördüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması yollarından biri; dövlət qulluqçusunun yüksək vəzifəyə və ya daha yüksək mövqedə dayanan dövlət orqanında müvafiq vəzifəyə təyin edilməsi.

S
> Sərəncam

dövlət orqanı, müəssisə, idarə və təşkilat rəhbərlərinin verdiyi məcburi xarakterli göstərişlər. Müvafiq dövlət orqanında, müəssisə, idarə və təşkilatda çalışan şəxslər üçün məcburidir, yazılı və ya şifahi formada verilə bilər. Bir qayda olaraq, konkret göstərişləri əks etdirir..

> Sektor

dövlət orqanı aparatının və onun yerli bölmələrinin tərkibində təşkil olunan struktur vahidlərindən biri. Şöbənin, bölmənin funksiyaları çox olduqda onları sektorlara bölürlər.

> Siyasi fəaliyyət

bax: Dövlət qulluqçusunun siyasi fəaliyyəti.

> Siyasi partiyalar

ümumi siyasi ideya və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birliyi. Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifə və məqsədləri əsas götürür, Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılmasında fəal iştirak edir. Siyasi partiyalar könüllülük əsasında yaradılır, üzvləri bərabərhüquqlu olur, özünüidarə, qanunçuluq və aşkarlıq prinsiplərinə əsaslanır.

> Sosial siyasət

əhalinin sosial inkişafı və sosial təminatı sahəsində həyata keçirilən tədbirlər kompleksi; müəyyən əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir.

> Sorğuçu

müsahibə zamanı dövlət qulluğuna namizədlərin peşə hazırlığını, təcrübəsini, müvafiq dövlət qulluğu vəzifəsi üçün irəli sürülən tələblərə cavab verməsini, habelə onun ümumi dünyagörüşünü və bilik səviyyəsini yoxlamaq üçün müvafiq namizədi sual-cavab edən şəxs.

> Stajçı

  1. yeni iş yerinə qəbul edilmiş şəxs müəyyən müddət ərzində həmin iş yeri üçün tələb olunan əlavə bilik və vərdişləri mənimsəməlidir - bu müddətdə o, stajçı sayılır;
  2. vakant dövlət qulluğu vəzifəsini tutmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından bir nəfər seçilərək vakant vəzifəyə təyin edilir - bu, stajçı sayılır.

T
> Tapşırıq

dövlət orqanı, idarə, müəssisə və təşkilat rəhbərliyinin konkret məsələlərin həlli ilə bağlı tabeliyində olan şəxslərə verdiyi şifahi göstərişlərdir. Tapşırıq onu bilavasitə icra edənin vəzifə səlahiyyətlərindən, yerinə yetirdiyi işdən, peşəsindən, ixtisasından asılı olaraq müəyyənləşdirilir.

> Texniki vəzifə

yardımçı dövlət qulluğu vəzifəsidir. Müvafiq dövlət orqanının fəaliyyətinin maddi-texniki təminatı ilə məşğul olur.

> Test imtahanı (ing. "test" - "yoxlama", "sınaq")

Hər hansı bir şəxsin biliyini, bacarığını və vərdişlərini yoxlamaq üçün ona standartlaşdırılmış tapşırıqlar verməklə aparılan imtahan; konkret suala aid müxtəlif cavab variantları arasından birinin (adətən düzgün olanın) seçilməsini nəzərdə tutur.

> Test nümunəsi

müəyyən sahə üzrə konkret sualı (sualları) və müvafiq cavab variantlarını əks etdirən yazılı nümunə.

> Test ekspertizası

verilmiş test suallarının irəli sürülən tələblərə cavab verməsini səlahiyyətli şəxs (şəxslər) yoxlayır və bunun nəticəsində müvafiq rəy hazırlayır.

> Tətil

kollektiv əmək mübahisələrini həll etmək məqsədi ilə işçilər müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən imtina edirlər, bu, fərdi xarakterli də ola bilər: bu zaman bir nəfər işçi öz vəzifə funksiyalarını yerinə yetirməkdən imtina edir.

> Təsnifat toplusu

Bu topluda inzibati və yardımçı dövlət qulluğu vəzifələrinin müxtəlif kateqoriyaları (təsnifatlarını) ardıcıl və sistemli şəkildə əks etdirilir; burada həmçinin müvafiq təsnifata uyğun gələn konkret dövlət qulluğu vəzifələrinin siyahısı da verilir.

> Təşəbbüskarlıq

dövlət qulluqçusu xidməti vəzifələrini, həmçinin rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirərkən işində müstəqillik göstərirsə, bu prosesdə yeni üsullar və vasitələr tətbiq edirsə, yəni vəzifə borcuna yaradıcı yanaşırsa, bu, təşəbbüskarlıqdır.

> Təminedici

dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara aid məsələlərin həll edilməsi üçün zəruri olan texniki xarakterli işlərin yerinə yetirilməsinə yardım göstərən şəxs və ya qurum.

> Təlimat

  1. bu normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir, müəyyən sahəyə, yaxud məsələyə aid qaydaları özündə əks etdirir;
  2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Mərkəzi Bankının qanunla onların səlahiyyətlərinə aid məsələləri həll etmək üçün qəbul etdikləri normativ xarakterli akt;
  3. dövlət orqanına, müəssisəyə, idarə və təşkilata aid məsələlərin həlli ilə bağlı rəhbərliyin əməkdaşların hamısına, bir qrupuna və ya konkret şəxsə verdiyi konkret tapşırıqları əks etdirən məcburi qayda (qaydalar); yazılı və ya şifahi formada verilə bilər.

> Təqdimat

Qanun çərçivəsində baş vermiş hallarla bağlı müəyyən tədbirlər görmək üçün müvafiq dövlət orqanının və ya konkret vəzifəli şəxsin həmin orqana və ya vəzifəli şəxsə ünvanlanmış rəsmi yazılı müraciəti. Təqdimatı səlahiyyətli orqanlar, idarə, müəssisə, təşkilatlar və ya ayrıca vəzifəli şəxslər verə bilər.

> Tibbi komissiya

Hər bir müəssisə, idarə və təşkilatda işçilərin əmək qabiliyyətini, sağlamlıq vəziyyətini yoxlamaq üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət kollegial qurum. Onun verdiyi qərar yoxlanılan şəxsin sonrakı əmək fəaliyyətinin davam etdirilməsi üçün əhəmiyyətlidir. Komissiya müvafiq dövlət orqanları, idarə, müəssisə və təşkilatların nəzdində fəaliyyət göstərir.

> Tibbi sığorta (icbari tibbi sığorta)

əhalinin sosial müdafiəsi formalarından biri; sığorta hadisəsi baş verdikdə (bu hadisələr əvvəlcədən sığorta sənədində göstərilir) sığorta edənin yığılmış vəsaitlər hesabına tibbi yardım göstərməsi; dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu və onun ailə üzvləri icbari tibbi sığortaya cəlb edilir.

> Tənbeh

intizamı pozmuş şəxsi cəzalandırmaq və tərbiyələndirilmək məqsədi ilə, gələcəkdə hüquq pozuntularının qarşısını almaq məqsədi ilə məcburi tədbirlər tətbiq edilməsi; idarə, müəssisə və təşkilatların, dövlət orqanlarının rəhbərliyi tərəfindən müvafiq xətaya yol verən şəxsə qarşı tətbiq edilir.

> Töhmət

qulluq vəzifələrini icra edərkən intizamın pozulmasına görə tətbiq edilən intizam tənbeh tədbiri. Xətanı törətmiş şəxsin şifahi olaraq rəhbərlik tərəfindən məzəmmət edilməsi barədə əmək kollektivi də məlumatlandırılır və bu barədə müvafiq yazılı qeyd aparılır.

Ü
> Ümumi müsahibə

Ümumi müsahibə zamanı konkret şəxsin (dövlət qulluğu vəzifəsinə namizədin) ümumi dünyagörüşünü və biliklərini, şəxsi keyfiyyətlərini yoxlamaq üçün onu sorğu-sual edirlər. Dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və müvafiq ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən müsahibə yolu ilə həmin vəzifələr tutula bilər.

V
> Vakansiya (vakant vəzifə)

dövlət orqanında, idarə, müəssisə və təşkilatlarda ştat siyahısında əks olunmuş, lakin boş qalan və heç kəs tərəfindən tutulmayan iş yeri.

> Vətəndaş (Azərbaycan Respublikasının vətəndaşı)

Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs də qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşı hesab edilir.

> Vətəndaşlığı olmayan şəxslər

Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslər.

> Vəzifə bölgüsü

dövlət orqanının, idarə, müəssisə və təşkilata aid məsələlərin həll edilməsinin ayrı-ayrı dövlət qulluqçularına, yaxud işçilərə həvalə edilməsi. Vəzifə bölgüsünü müvafiq dövlət orqanının, idarə, müəssisə və təşkilatın rəhbərliyi həyata keçirir. İdarədaxili sənədlərlə - əmrlərlə, sərəncamlarla, yaxud şifahi formada - tapşırıqlar vasitəsilə rəsmiləşdirilə bilər.

> Vəzifə borcu

konkret dövlət qulluğu vəzifəsinin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilmiş bütün tələblərin tam və dönmədən yerinə yetirilməsi vəzifəsi.

> Vəzifə maaşı

dövlət məvacibinin əsas növü. Dövlət qulluğunda tutduğu vəzifə ilə bağlı gördüyü işlərə görə konkret şəxsə (dövlət qulluqçusuna) mütəmadi olaraq ödənilən əmək haqqı. Yalnız dövlət büdcəsindən olan maliyyə vəsaitləri hesabına ödənilir. Onun həcmi konkret dövlət qulluğu vəzifəsinə uyğun müəyyənləşdirilir və ştat cədvəlində əks olunur.

> Vəzifə maaşlarına əlavələr

Bəzən dövlət qulluqçularının vəzifə maaşlarına pul vəsaitləri əlavə edilir. Bu, onların qulluq vəzifələrinin icra xüsusiyyətlərindən irəli gəlir; yəni. müxtəlif qulluq stajı, ixtisas dərəcəsi, vəzifəli şəxs statusuna malik olması nəzərə alınır. Qanunvericiliklə nəzərdə tutulmuş əsasların olduğu bütün dövr ərzində vəzifə maaşı ilə birlikdə mütəmadi ödənilir.

> Vəzifə maaşları üçün artıq əmsal

dövlət qulluqçularının vəzifə maaşlarına edilən əlavələrin müvafiq növünə aid olan konkret məbləğ.

> Vəzifə maaşlarına yerli əmsal

qulluq vəzifələrinin icra edilməsi yerinin xüsusiyyətlərindən asılı olaraq, adi vəzifə maaşına qanunvericiliyə uyğun təyin edilmiş əlavələr.

> Vəzifə təlimatları

işçilər təşkilat daxilində əmək fəaliyyəti zamanı müəyyən göstərişlərə əsaslanırlar. Bunlar vəzifə təlimatlarıdır. Dövlət qulluqçuları üçün vəzifə təlimatlarının işlənib hazırlanması zamanı hər bir dövlət qulluğu vəzifəsinin yeri və funksiyaları mütləq nəzərə alınır. Təlimatları müvafiq dövlət qulluğu vəzifəsinin tabe olduğu subyektlər (dövlət orqanının rəhbərliyi, yaxud yuxarı vəzifəli şəxs və ya dövlət orqanı) təsdiq edir.

> Vəzifəli şəxs

daimi, müvəqqəti və ya xüsusi səlahiyyətlər əsasında, seçkili yolla və ya təyinat əsasında hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət idarə və müəssisələrində, bələdiyyə təşkilatlarında müəyyən məsuliyyətli funksiyaları yerinə yetirən şəxslər. İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan dövlət qulluqçusu vəzifəli şəxsdir.

> Vicdanlı davranış

dövlət qulluğunun etik davranış qaydalarından biri; dövlət qulluqçularının vəzifə borcunu lazımi səviyyədə yerinə yetirməsini nəzərdə tutur.

X
> Xasiyyətnamə

dövlət qulluqçusunun şəxsi keyfiyyətlərini, peşəkarlığını, tutduğu vəzifənin öhdəsindən gəlməsini, bu zaman digər dövlət qulluqçuları və kənar şəxslərlə rəftarı xüsusiyyətlərini ətraflı olaraq izah edən rəsmi sənəd. Attestasiya sənədlərinə aiddir. Dövlət orqanının rəhbəri və ya xasiyyətnamənin aid olduğu dövlət qulluqçusunun bilavasitə rəhbəri (şöbə, bölmə, sektor müdiri) tərəfindən verilir.

> Xidməti təhqiqat

dövlət qulluqçularının törətdiyi konkret intizam xətası və ya onların vəzifələrini lazımınca yerinə yetirməməsi ilə bağlı bütün faktların vaxtında toplanması, tam, hərtərəfli və obyektiv surətdə öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı fəaliyyət. İntizam icraatının əsas tərkib hissəsidir, konkret dövlət qulluqçusunun təqsirinin olub-olmamasını müəyyənləşdirmək üçün yeganə əsasdır. Sırf dövlət orqanı hüdudlarında, həmin orqanın rəhbərliyi tərəfindən təyin edilən xüsusi komissiya və ya səlahiyyətli şəxs tərəfindən həyata keçirilir. Müvafiq dövlət orqanında çalışan şəxslər üçün xidməti təhqiqat məcburidir, kənar şəxslərin isə bu işə cəlb edilməsi könüllüdür.

> Xidməti davranış

dövlət qulluqçusunun vəzifələrinə uyğun hərəkət etməsi və ya hərəkətsizliyinin məcmusu. Digər dövlət qulluqçularına və ya üçüncü şəxslərə münasibətdə, dövlət orqanı daxilində və ya ondan kənarda həyata keçirilə bilər. Dövlət qulluğu haqqında qanunvericiliyin, habelə vəzifə təlimatlarının tələblərinə uyğun olmalıdır.

Ş
> Ştat cədvəli (dövlət orqanının ştat cədvəli)

dövlət orqanı aparatının tərkibində daimi əsaslarla fəaliyyət göstərən bütün dövlət qulluğu vəzifələrinin adlarını, sayını və onlara görə təyin edilən vəzifə maaşlarını, eləcə də maaşların ödənilməsi qaydasını əks etdirən rəsmi siyahı. Bu siyahıda həmçinin müvafiq dövlət orqanı aparatının strukturu da əks etdirilir. Dövlət orqanlarının ştat cədvəli onların tabe olduğu yuxarı dövlət orqanı tərəfindən təsdiq olunur.

> Ştat vahidi

dövlət orqanının, idarə, müəssisə və təşkilatın ştat cədvəli ilə nəzərdə tutulmuş ayrıca vəzifə vahidi.

> Şəxsi iş

dövlət qulluqçusu haqqında zəruri olan şəxsi məlumatların, onun qulluq keçməsi, qulluqda irəliləməsi, mükafatlandırılması, yaxud məsuliyyətə cəlb edilməsi, eləcə də müxtəlif vaxtlarda keçirilən attestasiyası və fəaliyyətinin qiymətləndirilməsini əks etdirən bütün sənədlərin məcmusu.

> Şəffaflıq

dövlət qulluqçuları vəzifələrini yerinə yetirərkən mütləq qanun çərçivəsində davranmalı, səlahiyyətlərinin icrası zamanı rəhbər tutmalı olduğu əsas prinsiplərdən biri. Xidməti davranışın aşkar surətdə həyata keçirilməsini, ictimaiyyətin bu bərədə mümkün olduğu qədər məlumatlandırılmasını nəzərdə tutur.

> Şərəf və ləyaqət

insanlara məxsus olan və qanunla qorunan əsas qeyri-maddi nemətlər. Şərəf, əsasən, insanın fəaliyyəti əxlaqi prinsiplərə uyğun gəldikdə ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət rəydir. Ləyaqət şəxsin özünün mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə verdiyi qiymətdir. Dövlət qulluqçularının fəaliyyətinin əsas prinsiplərindən birini insanların şərəf və ləyaqətinə hörmət təşkil etməlidir.

> Şikayət

dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət (nədənsə narazı qaldıqda, qanuni tələbləri ödənilmədikdə).

> Şöbə

dövlət orqanı tərkibində yaradılan struktur bölmələrindən biri. Həmin orqanın səlahiyyətlərinə aid olan məsələlərin bir qrupunu həll etmək üçün təşkil olunur. Bir qayda olaraq, daimi əsaslarla fəaliyyət göstərir. Mütəşəkkil qaydada fəaliyyət göstərir, müəyyən daxili quruluşa malikdir: tərkibi şöbə müdiri, müdir müavini və şöbənin sıravi əməkdaşlarından ibarət olur. Əgər şöbələrin fəaliyyət istiqaməti geniş olarsa, onların tərkibində sektorlar da yaradıla bilər.

Y
> Yaradıcılıq fəaliyyəti

elmi, bədii, incəsənət əsərlərinin yaradılmasına sərf edilən fəaliyyət dövrü Yardımçı vəzifə dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələri.
Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu həmin orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

> Yardımçı vəzifələrin təsnifatı

yardımçı vəzifələrin dövlət orqanlarının kateqoriyasından asılı olaraq müəyyən qruplara bölünməsi.

> Yerli icra hakimiyyəti orqanı

Bu dövlət orqanı müəyyən inzibati ərazi hüdudlarında icra hakimiyyəti funksiyalarını yerinə yetirir. Dövlət hakimiyyəti orqanları sisteminə daxildir (bu cəhətinə görə yerli özünüidarəetmə orqanlarından - bələdiyyələrdən fərqlənir, çünki bələdiyyələr bu sistemə daxil deyil). Onun daxilində müvafiq vəzifələrə təyin edən, yəni onu formalaşdıran yuxarı orqanlara tabedir. Qanunların, habelə mərkəzi icra hakimiyyəti orqanlarının verdiyi bütün normativ və qeyri-normativ aktların yerlərdə yerinə yetirilməsini təşkil edir.

> Yuxarı dövlət orqanı

dövlət orqanları sistemində daha yuxarı pillədə dayanan dövlət orqanı. Müvafiq (ondan aşağı) dövlət orqanını təşkil edir, onun fəaliyyətinə nəzarət edir, lazım gəldikdə qanun çərçivəsində intizam məsuliyyətinə cəlb etmək səlahiyyətlərinə malikdir.

> Yurisdiksiya

müvafiq dövlət orqanlarının hüquqi mübahisələri həll etmək və hüquq pozuntuları haqqında işlərə baxmaqla təqsirkar şəxsləri cəzalandırmaq səlahiyyətlərinin məcmusu.