A B D F H E G I Ə K L M N O Ö P R Q S T Ü V X Ş Y
A
> Azərbaycan Respublikasının qanunvericiliyi

Legislation of the Republic of Azerbaijan

Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Bu aktların siyahısı Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 1-ci hissəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, Azərbaycan Respublikasının qanunvericilik sisteminə aşağıdakı normativ hüquqi aktlar daxildir:

  1. Konstitusiya;
  2. Referendumla qəbul edilmiş aktlar;
  3. Qanunlar;
  4. Fərmanlar;
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
  6. Mərkəzi İcra Hakimiyyəti orqanlarının normativ aktları.

Azərbaycan Respublikasının dəstəklədiyi beynəlxalq müqavilələr də Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir (Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsi).

> Azərbaycan Respublikasının Konstitusiyası

Constitution of the Republic of Azerbaijan

Azərbaycan Respublikası qanunvericiliyinin əsasını təşkil edir, bütün ölkə ərazisində ali və əsas hüquqi sənəddir. Azərbaycan Respublikasında qüvvədə olan digər hüquqi aktlar Konstitusiyaya uyğun olmalıdır, əks halda bu sənədlər tətbiq oluna bilməz.

> Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Civil Service Commission under the President of the Republic of Azerbaijan

Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili, attestasiyası və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı.

> Azərbaycan Respublikasının Mərkəzi Bankı

Central Bank of the Republic of Azerbaijan

Azərbaycan Respublikasının maliyyə-kredit sistemini tənzimləyən, ölkənin bank sisteminin əsasını təşkil edən, o cümlədən digər bankların və kredit təşkilatlarının fəaliyyətini nizamlayan və onlara nəzarət edən mərkəzi dövlət bankı.

> Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

Election Commission of the Republic of Azerbaijan

Azərbaycan Respublikasında seçkilər və referendumları təşkil edən və keçirən seçki (referendum) komissiyalarının işinə rəhbərlik edən və Azərbaycan Respublikası Konstitusiyasının 3, 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanı. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilən 18 nəfər həlledici səs hüquqlu üzvdən ibarətdir.

> Azərbaycan Respublikasının Hesablama Palatası

Chamber of Accounts of the Republic of Azerbaijan

Azərbaycan Respublikasında dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirən, Azərbaycan Respublikası Milli Məclisinə hesabat verən və daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanı. Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Hesablama Palatasını sədrdən, sədr müavinindən və 7 auditordan ibarət tərkibdə Azərbaycan Respublikası Milli Məclisi yaradır.

> Azərbaycan Respublikasının dövlət dili

Official language of the Republic of Azerbaijan

Azərbaycan Respublikasının siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə tətbiqi qanunvericiliyə uyğun olaraq həyata keçirilən, o cümlədən kargüzarlıq işlərinin aparıldığı dil. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur.

> Ali təhsil

Higher education

müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssislərin hazırlanması məqsədilə, müvafiq qanunvericilik aktlarına və tədris proqramlarına uyğun olaraq aparılan məqsədyönlü fəaliyyət. Ali təhsil müəssisələri çərçivəsində həyata keçirilir.

> Aparat (dövlət orqanlarının aparatı və ya dövlət orqanlarının fəaliyyətini təmin edən qurumlar; qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının aparatları)

Office (office of state bodies or organizations providing for performance of state bodies; offices of legislative, executive and judicial power bodies)

dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən, dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi. Dövlət orqanlarının aparatları və onların bölmələri müxtəlif kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.

> Attestasiya

Attestation

(lat. attestätio - şəhadət ettmə, təsdiq etmə) - dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bilik səviyyəsi, ixtisas və peşə hazırlığı, səriştəsi, şəxsi keyfiyyətləri baxımından tutduğu vəzifəyə uygunluğunun(işçilərin attestasiyası) və ya dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlardakı iş yerlərinin, vəzifələrin irəli sürülən tələblərə cavab verib-verməməsinin(iş yerlərinin attestasiyası) yoxlanılması.
Azərbaycan Respublikasında işçilərin attestasiyasının bir növü dövlət qulluqçularının attestasiyasıdır. Bu zaman dövlət qulluqçularının peşəkarlığı, işgüzarlığı və mənəvi keyfiyyətləri qiymətləndirilir, onların tutduqları vəzifəyə uyğun gəlib-gəlmədikləri barədə nəticə çıxarılır.

Dövlət qulluqçularının attestasiyasının əsas məqsədləri aşağıdakılardan ibarətdir:

  1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
  2. dövlət qulluqçusunun potensial imkanlarının aşkara çıxarılması, onun peşə səriştəliliyini artırmağa stimullaşdırılması;
  3. dövlət qulluqçusunun ixtisasının, peşə hazırlığının yüksəldilməsinə və ya təkrar hazırlıq keçməsinə zərurət olub-olmamasının müəyyənləşdirilməsi;
  4. kadrların irəli çəkilməsinin uzunmüddətli planını tərtib etmək üçün imkan yaradılması, habelə dövlət qulluqçusunun vaxtında vəzifədən azad edilməsi və ya daha aşağı ixtisaslı işə keçirilməsi

Bir qayda olaraq, attestasiyanın nəticələri komissiya tərəfindən rəsmiləşdirilir və attestasiya olunan dövlət qulluqçusunun sonrakı vəziyyətinə təsir göstərir (bax: attestasiyanın nəticələri)

> Attestasiya komissiyası

Attestation Commission

attestasiyanı həyata keçirərək, hər bir dövlət qulluqçusunun peşəkarlığını, işgüzar və şəxsi keyfiyyətlərini bilavasitə yoxlayan, qiymətləndirən və ona dair müvafiq qərar çıxaran kollegial qurum. Komissiya attestasiyanın keçirildiyi müvafiq dövlət orqanının rəhbəri tərəfindən sədrdən, katibdən və digər üç komissiya üzvündən ibarət tərkibdə təsdiq edilir. Komissiyanın tərkibi vaxtaşırı dəyişir. Qanunvericiliyə əsasən komissiyanın tərkibinə yüksək ixtisaslı mütəxəssislər, dəvət edilmiş elmi ekspertlər də daxil edilir.

> Attestasiyanın nəticələri

Attestation results

dövlət qulluqçusunun attestasiyası nəticəsində attestasiya komissiyası tərəfindən verilən və dövlət qulluqçusunun iş yerindəki müqəddəratının həll edilməsində əhəmiyyətli olan qərarın çıxarılması üçün zəruri olan yekun rəy və tövsiyələr. Attestasiya komissiyası tərəfindən açıq səsvermə yolu ilə attestasiyadan keçən dövlət qulluqçusunun iştirakı olmadan təsdiq olunur. Attestasiyanın nəticələri, o cümlədən attestasiya komissiyasının verdiyi qiymət attestasiya vərəqəsində əks olunur.

> Attestasiyanın prinsipləri

Attestation principles

attestasiyanın həyata keçirilməsi zamanı attestasiya komissiyasının üzvləri, müvafiq dövlət orqanının rəhbərliyi və attestasiyaya cəlb olunan digər şəxslər tərəfindən rəhbər tutulan əsas qayda və prinsiplər.

> Attestasiya vərəqəsi

Attestation list

əsas attestasiya sənədlərindən biri. Attestasiyadan keçən dövlət qulluqçusunun peşəkarlığına, işgüzarlığına, mənəvi keyfiyyətlərinə dair qiymətlərə əsaslanmaqla onun qulluqda irəli çəkilib-çəkilməməsi, müvafiq dövlət qulluğu vəzifəsində qalıb-qalmaması ilə bağlı rəyi əks etdirir. Attestasiya komissiyası tərəfindən tərtib olunur və dövlət qulluqçusunun şəxsi işində saxlanılır. Onun bir surəti isə attestasiyadan keçən dövlət qulluqçusuna verilir.

> Attestasiyanın keçirilməsi cədvəli

Attestation schedule

attestasiya müddəti ərzində onun keçirilməsi ardıcıllığını, ilk növbədə də attestasiya olunacaq dövlət qulluqçularının nə zaman attestasiyadan keçəcəyini müəyyənləşdirən yazılı sənəd. Attestasiyanın keçirilməsi nəzərdə tutulan dövlət orqanının rəhbərliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq olunur və attestasiyanın başlanmasına ən azı bir ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

> Attestasiyadan keçirilməyən şəxslər

Persons not passing the attestation

dövlət qulluqçularının attestasiyası zamanı qanunvericiliyə əsasən attestasiyaya cəlb olunmayan şəxslər. Onların siyahısı dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilir.


B
> Beynəlxalq müqavilə

International contract

dövlətlər və beynəlxalq hüququn digər subyektləri (məsələn, beynəlxalq hökumətlərarası təşkilatlar) arasında bağlanmış və məzmununu beynəlxalq hüquq normalarının təşkil etdiyi rəsmi sənəd, saziş; beynəlxalq ümumi hüququn əsas mənbəyidir (beynəlxalq-hüquqi adətlərlə yanaşı). Beynəlxalq-hüquqi praktikada müxtəlif cür adlandırıla bilər (saziş, konvensiya, pakt və s.). Demokratik və hüquqi dövlətlərin təcrübəsində beynəlxalq müqavilə ölkədaxili qanunvericilik sisteminin tərkib hissəsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

> Beynəlxalq təşkilat

International organization

müəyyən məqsədləri həyata keçirmək üçün təsis aktı əsasında yaradılan, daimi əsasda fəaliyyət göstərən və hüquq və vəzifələrə malik olan dövlətlər birliyi.

> Beynəlxalq hökumətlərarası (dövlətlərarası) təşkilatlar

International intergovernmental (interstate) organizations

dövlətlər və ya onların səlahiyyətli təsisatları (ayrı-ayrı dövlət orqanları və ya dövlət qurumları) arasında bağlanmış müqavilə əsasında təsis olunan dövlətlərin, yaxud dövlət təsisatlarının birliyidir. Məsələn, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Beynəlxalq Cinayət Polisi Təşkilatı - Interpol və s. Beynəlxalq qeyri-hökumət (qeyri-dövlət, ictimai) təşkilatları isə müxtəlif ölkələrdən olan özəl şəxsləri (vətəndaşları və təşkilatları) özündə birləşdirir. Bu təşkilatlar mülki, siyasi, mədəni, sosial və iqtisadi sahələrdə beynəlxalq əhəmiyyətli ümumi maraqların müdafiə edilməsi məqsədini daşıyır.

> Bələdiyyə

Municipality

  1. qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

  2. 2) Azərbaycan Respublikası qanunvericiliyinə və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanları. Bələdiyyələrin say tərkibi Azərbaycan Respublikasının seçki qanunvericiliyi ilə müəyyənləşdirilir. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir. Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.

> Bələdiyyə orqanları

Municipal bodies

bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili orqanlardır.

> Bələdiyyə qulluğu

Municipal service

yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyəti.

> Bələdiyyə qulluqçusu

Municipal servant

yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.

> Bələdiyyə üzvü

Municipal member

bələdiyyə seçkilərində seçilmiş, mandatı müvafiq seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxs. Bələdiyyə üzvlərinin statusu, hüququ və vəzifələri bələdiyyələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

D
> Daxili müsahibə

Internal interview

inzibati vəzifələrin müvafiq təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə.

> Demokratiya (yun. "demos" - xalq, "kratos" - hakimiyyət)

Democracy (from greek words "demos" — people, "kratos" — power)

xalqın hakimiyyət mənbəyi hesab edilməsinə əsaslanan dövlət idarəçiliyi forması.

> Deputatlar (Azərbaycan Respublikası Milli Məclisinin deputatları)

Deputies (Deputies of the Milli Mejlis of the Republic of Azerbaijan)

Azərbaycan Respublikasının seçki qanunvericiliyində göstərilən qaydada seçilərək Azərbaycan Respublikasının Milli Məclisinin üzvü statusunu (deputat mandatını) əldə etmiş və qanunla deputatlar üçün müəyyən edilmiş səlahiyyətləri həyata keçirən şəxslər.

> Dini təşkilatlar (dini qurumlar)

Religious organizations

dini icmalar, idarələr və mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri. Dini qurumlar öz mərkəzləri (idarələri) ilə təmsil olunurlar.

> Dövlət

State

ölkə ərazisi hüdudlarında ictimai həyatı özünəməxsus üsul və vasitələrlə nizamlayan siyasi hakimiyyət təsisatları sistemi; siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edir.

> Dövlət büdcəsi

State budget

Müvafiq dövlət hakimiyyəti orqanları və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Bövlət büdcəsinin əsas məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir.

> Dövlət qulluğu

Civil service

Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

> Dövlət qulluqçusu

Civil servant

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşı.

> Dövlət qulluqçusunun etik davranış qaydaları

Ethics conduct rules of civil servant

dövlət qulluğu vəzifələrinin icrası zamanı dövlət qulluqçularının rəhbər tutmalı olduğu hüquqi və əxlaqi qaydalar. Bu qaydalar dövlət qulluğu vəzifələrinin icrası zamanı dövlət və ictimai mənafelərin, insan hüquq və azadlıqlarının təmin edilməsinə, qulluq mövqeyindən sui-istifadə və korrupsiya hallarının aradan qaldırılmasına yönəlir və dövlət qulluqçularının öz aralarında, habelə onlarla digər şəxslər arasındakı münasibətləri tənzimləyir.

> Dövlət qulluqçusunun ictimai və siyasi fəaliyyəti

Public and political activity of a civil servant

dövlət qulluqçusunun müəyyən ictimai təşkilatların, hərəkatların, siyasi partiyaların və ya siyasi partiya bloklarının fəaliyətində yaxından iştirak etməsi, o cümlədən bu cür qurumların təşkil etdiyi ictimai və siyasi tədbirlərdə təşkilatçı və ya rəhbər kimi çıxış etməsi. Qulluq vəzifələrini icra etdiyi dövrdə dövlət qulluqçularının siyasi partiyaların fəaliyyətində iştirak etməyə ixtiyarı yoxdur.

> Dövlət qulluqçusunun hüquqi vəziyyəti

Legal status of a civil servant

dövlət qulluğu haqqında qanunvericiliklə, habelə digər qanunvericilik aktları ilə dövlət qulluqçusuna verilmiş bütün hüquq və vəzifələrin məcmusu. Dövlət qulluqçusunun dövlət orqanı aparatında yerini, onun digər qulluqçularla və kənar şəxslərlə, qurumlarla qarşılıqlı münasibətlərini müəyyənləşdirir. Dövlət qulluqçularının hüquqi vəziyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən edir.

> Dövlət qulluqçusunun sosial müdafiəsi

Social protection of a civil servant

dövlət qulluqçusunun və onun ailə üzvlərinin həyat şəraitinin lazımi səviyyədə təmin edilməsi, onların sosial-iqtisadi problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən dövlət tədbirlərinin məcmusu. Onun əsas tərkib hissələrindən biri dövlət qulluqçularının sosial təminatıdır.

> Dövlət qulluqçusunun sosial təminatı

Social guarantees of a civil servant

dövlət qulluqçularının və onların ailə üzvlərinin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə, dövlət tərəfindən sosial əhəmiyyətli hesab edilmiş hadisələrin baş verməsi zamanı dövlət büdcəsi və ya xüsusiləşdirilmiş büdcədənkənar fondlar hesabına ödənilən pul vəsaitlərinin məcmusu. Sosial təminatın əsas məqsədi dövlət qulluqçularının layiqli həyat şəraitinin təmin edilməsinə yönəlmişdir və dövlətin sosial siyasətinin tərkib hissəsi kimi çıxış edir. Dövlət qulluqçusunun sosial təminatının əsas növü dövlət qulluqçusunun pensiya təminatıdır.

> Dövlət qulluqçularının ixtisas dərəcələri

Professional ranks of civil servants

dövlət qulluqçusunun ixtisas səviyyəsini göstərən, ona inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququnu verən dərəcə.

> Dövlət qulluqçularının mükafatlandırılması

Rewarding of civil servants

dövlət qulluğu vəzifələrinin layiqincə yerinə yetirilməsinə, işdə müəyyən nailiyyətlərin əldə edilməsinə görə, habelə gələcəkdə daha yüksək nailiyyətlərə sövq edilməsi məqsədilə dövlət qulluqçularının maddi və qeyri-maddi nemətlərlə təltif olunması. Azərbaycan Respublikasında dövlət qulluqçularının mükafatlandırılması üçün müvafiq dövlət orqanı rəhbərliyinin tətbiq etdiyi mükafatlandırma növləri və qaydaları dövlət qulluğuna dair qanunvericiliklə müəyyənləşdirilir.

> Dövlət qulluqçularının məsuliyyəti

Responsibility of civil servants

  1. Dövlət qulluqçusunun ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində məsul olması, cavabdehlilik daşıması;
  2. xidməti vəzifələrinin icrası zamanı dövlət qulluqçularının yol verdikləri hüquq pozuntularına görə qanunla nəzərdə tutulmuş müəyyən sanksiyalara məruz qalması. Bu cür sanksiyaların növü, tətbiqi əsasları və qaydaları qanunvericiliklə dəqiq müəyyənləşdirilmişdir. İntizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələlər tənzimlənmişdir. Dövlət qulluqçusunun əməllərində cinayət tərkibinin əlamətləri olduqda, o, cinayət qanunvericiliyində göstərilən əsaslarla və qaydada cinayət məsuliyyətinə cəlb edilir. Dövlət qulluqçusunun inzibati xətalar törətməsi isə onun inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır.

> Dövlət qulluğu vəzifəsi

Civil service position

dövlət orqanı aparatının normativ aktları ilə müəyyən edilmiş struktur quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahidi. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları müvafiq dövlət orqanının səlahiyyətindən asılı olaraq müəyyən edilir.

> Dövlət qulluğu vəzifələrinin təsnifatı

Classification of civil service positions

funksiyalarının məzmunundan, səlahiyyətlərin mənbəyindən və tutulması üsulundan asılı olaraq dövlət qulluğu vəzifələrinin ayrı-ayrı qruplara bölünməsi. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət qulluğu vəzifələrinin aşağıdakı növləri müəyyən edilmişdir:

  1. inzibati vəzifələr;
  2. yardımçı vəzifələr.

Eyni zamanda, göstərilən növlərdən hər birinin də öz daxili təsnifatı müəyyən edilmişdir, yəni bu vəzifələrin də öz növləri var. ("Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələri).

> Dövlət qulluğu haqqında qanunvericilik

Civil service legislation

ölkədə dövlət qulluqçularının hüquqi vəziyyətini, dövlət qulluğuna qəbul, qulluq keçmə, qulluğa xitam vermə və dövlət qulluğu sahəsində digər münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar sistemi.

> Dövlət qulluğu keçmə

Tenure in civil service

dövlət qulluğuna qəbul edildiyi andan, dövlət qulluğuna xitam verilməsi anınadək olan dövr ərzində dövlət qulluqçusunun dövlət qulluğu vəzifələrini tutması, onun müvafiq ixtisas dərəcələri alması və bundan irəli gələn xidməti vəzifələrini yerinə yetirməsi.

> Dövlət qulluğu borcu

Civil service duty

dövlət qulluqçusunun xidməti vəzifələrini qanuna müvafiq surətdə, layiqincə və vicdanla yerinə yetirməsindən ibarət olan ümumi əxlaqi-hüquqi vəzifələrin məcmusu.

> Dövlət qulluğuna qəbul

Civil service recruitment

qanunvericiliklə nəzərdə tutulmuş qaydada müsabiqənin və ya müsahibənin keçirilməsi yolu ilə boş qalmış dövlət qulluğu vəzifəsinə namizədlər arasında ən layiqli olanının seçilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı (orqanları), yaxud vəzifəli şəxslərlə namizədlər arasında olan münasibətlərin məcmusu; müsabiqədən və ya müsahibədən keçmək üçün namizədlər tərəfindən qanunla tələb olunan sənədlərin verilməsindən başlanır və müsabiqədən (müsahibədən) keçmiş namizədlə müvafiq əmək müqaviləsinin bağlanmasınadək davam edir.

> Dövlət qulluğuna xitam verilməsi

Civil service termination

dövlət qulluqçusunun, dövlət orqanı rəhbərliyinin təşəbbüsü ilə və ya qanunvericilikdə nəzərdə tutulmuş xüsusi halların baş verməsi səbəbindən dövlət qulluğu vəzifəsinin icrasının rəsmən başa çatması. Dövlət qulluqçusu ilə işlədiyi dövlət orqanı arasında əmək münasibətlərinə xitam verilməsindən ibarətdir.

> Dövlət qulluğunun xüsusi növü

Special type of civil service

dövlətin müəyyən funksiya və vəzifələrini yerinə yetirən, bir sıra xüsusiyyətlərinə görə əsas dövlət qulluğu fəaliyyətindən fərqlənən dövlət qulluğunun əlahiddə növü. Müvafiq fəaliyyətlə məşğul olan şəxslərin statusunun əsası xüsusi qanunvericilik aktları ilə, onlarda əks olunmayan digər məsələlər isə dövlət qulluğu haqqında qanunvericiliklə tənzimlənir. Məsələn, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, sərhəd xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında qulluq keçmə dövlət qulluğunun xüsusi növü hesab edilir.

> Dövlət qulluğunun şərtləri

Civil service requirements

dövlət qulluğunun həyata keçirilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş şərtlərin məcmusu. Bura ilk növbədə dövlət qulluqçusunun iş və istirahət vaxtı, məzuniyyət müddəti, əmək şəraiti, ezamiyyətə göndərilməsi qaydası, xidməti vəzifələrini yerinə yetirərkən malik olduğu hüquqlar və daşıdıqları vəzifələr daxildir. Dövlət qulluğunun şərtləri dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilir.

> Dövlət qulluğunun prinsipləri

Civil service principles

dövlət qulluğu vəzifəsini icra edən şəxslərin tabe olduğu əsas başlanğıc və normalar. Bütövlükdə dövlət qulluğu haqqında qanunvericiliyin təməlini təşkil etməklə, onun ayrı-ayrı hüquqi müddəalarının məzmununu müəyyənləşdirir və dövlət qulluğu ilə bağlı olan bütün məsələləri əhatə edir. Prinsiplər sırasına qanunçuluq, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi və digərləri aiddir.

> Dövlət qulluğunun əsas vəzifələri

Main duties of civil service

bir fəaliyyət növü kimi dövlət qulluğunun üzərinə qanunvericiliklə qoyulan vəzifələr; dövlət qulluğunun mahiyyətindən irəli gəlir və dövlət qulluqçularının hüquqi vəziyyətinin, onların ümumi hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün əsasdır. Dövlət qulluğuna dair qanunvericilik ilə müəyyən edilir.

> Dövlət qulluğunun idarəetmə orqanı

Administration body of civil service

dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, eləcə də dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən edən dövlət orqanı. Azərbaycan Respublikasında dövlət qulluğunu idarəetmə orqanı Dövlət Qulluğunu İdarəetmə Şurasıdır. Tərkibi, səlahiyyətləri və fəaliyyətinə dair ümumi qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

> Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi

Performance appraisal of civil servants

bax: qiymətləndirmə.

> Dövlət məvacibi

State wage

dövlət qulluğu vəzifəsinin tutulmasına və qulluq səlahiyyətlərinin yerinə yetirilməsinə görə dövlət qulluqçusuna mütəmadi olaraq ödənilən, məbləği dövlət qulluqçularının səlahiyyətlərinin həcmindən, məsuliyyəti dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılı olaraq pul ilə ödənilən haqq. Vəzifə maaşı, mükafat və vəzifə maaşına əlavədən ibarətdir. Yalnız dövlət büdcəsi hesabına ödənilir.

> Dövlət orqanı

State body

Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu.

> Dövlət orqanının bölməsi

State body's division

dövlət orqanının qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

> Dövlət orqanlarının təsnifatı

Classification of state bodies

dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (səlahiyyətlərini ölkə, regional və yerli səviyyədə həyata keçirməsi) nəzərə alınmaqla kateqoriyalar üzrə təsnifatlaşdırması.

> Dövlət orqanlarının səlahiyyətləri

Responsibilities of state bodies

Azərbaycan Respublikasının məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün müvafiq dövlət orqanına qanunvericiliklə verilən hüquq və vəzifələrin məcmusu.

> Dövlət orqanının struktur vahidi

Structural unit of a state body

bax: aparat (dövlət orqanının aparatı).

> Dövlət proqramı

State program

qarşıya qoyulmuş məqsədlərə nail olmağa yönələn, bunun üçün zəruri olan fəaliyyət istiqamətlərini müəyyənləşdirən, müxtəlif sahələrdə dövlət siyasətinin əsaslarını, konkret davranış qaydalarını müəyyənləşdirən rəsmi dövlət sənədi. Ali dövlət hakimiyyəti orqanları tərəfindən müvafiq hüquqi aktların (məsələn, fərmanların, qərarların və s.) verilməsi yolu ilə təsdiq olunur və bundan sonra bütün dövlət orqanları, idarə, müəssisə və təşkilatlar üçün məcburidir. Bir sıra hallarda müvafiq məzmunlu normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi üçün əsas rolunu oynayır.

> Dövlət qurumu

State structure

dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi üçün təşkil olunan, tamamilə, yaxud əsasən dövlət büdcəsindən maliyyələşən təşkilat. Aşağıdakı növləri fərqləndirilir: dövlət orqanları, dövlət idarələri, müəssisələri və təşkilatları.

> Dövlət sirri

State secret

dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar.

> Dövlət təltifi

State rewarding

ayrı-ayrı şəxslərin Vətənin müdafiəsi, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, tərbiyə, sağlamlığın mühafizəsi, insan hüquq və azadlıqlarının qorunması, xeyriyyəçilik fəaliyyəti, habelə dövlət qarşısında digər xidmətlərinə görə dövlət tərəfindən mükafatlandırılmasının ən ali forması.

> Dövlət sosial sigortası

State social insurance

qanunvericiliklə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş dövlət təminat formasıdır.

> Dövlət vəzifəli şəxs

Public official

inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan dövlət qulluqçusu.

F
> Feldyeger rabitəsi

Government courier service

Dövlət rabitə xidmətinin xüsusi növüdür. Azərbaycan Respublikasında onun vəzifələri aşağıdakılardan ibarətdir: - Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması; - Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarının, habelə texniki sənədlərin və sənaye məmulatları nümunələrinin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması. Feldyeger rabitəsi orqanlarında dövlət qulluğu dövlət qulluğunun xüsusi növüdür.

> Fəxri ad

Honorary title

Azərbaycan Respublikasında mədəniyyət, ədəbiyyat, elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə dövlət tərəfindən verilən ad. Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər.

> Fərman (Azərbaycan Respublikasında)

Decree (in the Republic of Azerbaijan)

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi və ayrı-ayrı sahələrlə bağlı ümumi qaydaları əks etdirən normativ hüquqi akt (Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinin 1-ci hissəsi). Fərman qəbul olunduqda, bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədilə qəbul olunduğu qeyd edilməlidir. Qanun qüvvəli aktlar kateqoriyasına aiddir. Məzmunu Azərbaycan Respublikasının Konstitusiyasına, referendum aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Azərbaycan Respublikasının qanunlarına uyğun gəlməlidir. Öz növbəsində Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ və qeyri-normativ aktlar da fərmanlara uyğun gəlməlidir.

> Fəaliyyət Planı

Action Plan

cəmiyyətin sosial-iqtisadi, siyasi, mədəni həyatında köklü islahatların aparılması, müəyyən dəyişikliklərin həyata keçirilməsi, eləcə də qarşıya qoyulmuş müəyyən məqsədlərə çatmaq üçün ayrı-ayrı dövlət orqanlarının, dövlət təşkilatlarının, idarələrin, müəssisələrin, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin, bələdiyyə təşkilatlarının, vətəndaşların və hüquqi şəxslərin üzərinə qoyulan hərəkətləri ardıcıllıqla əks etdirən rəsmi sənəd. Səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilir və bir qayda olaraq müvafiq hüquqi aktların qəbul edilməsi üçün əsasdır.

> Fiziki şəxs

Physical entity

hüquq münasibətlərində öz adından iştirak edən insan fərdi. Azərbaycan Respublikasının bütün vətəndaşları, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

> Fəaliyyət qabiliyyəti

Performance capability

fiziki və ya hüquqi şəxslərin öz hərəkətləri ilə hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün vəzifələr yaratmaq və icra etmək qabiliyyəti.

H
> Hakimiyyət

Power

hakimiyyət subyekti olan şəxsin öz iradəsini hakimiyyətin obyekti olan digər şəxslərə yeritməsi və onların davranışını tələb olunan istiqamətə yönəltməsi.

> Hakimiyyət səlahiyyətləri

Power authorities

konkret şəxsin dövlətin adından çıxış etməklə digər şəxslər üçün məcburi qərarlar vermək və dövlət mülkiyyətini təşkil edən maliyyə vəsaitləri, digər maddi nemətlər üzərində sərəncam vermək səlahiyyətləri.

> Hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçularının siyahısı

List of civil servants with power authorities

hakimiyyət səlahiyyətlərinə malik olan dövlət qulluqçuları dairəsini qəti və birmənalı olaraq müəyyən edən rəsmi yazılı sənəd. Müvafiq dövlət qulluqçularının hakimiyyət səlahiyyətləri verilmiş şəxs kimi tanınması üçün əsasdır. Bu cür siyahı ölkənin ali dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Azərbaycan Respublikasında hakimiyyət səlahiyyətləri verilmiş dövlət qulluqçularının siyahısı xüsusi qanunla müəyyən edilir.

> Hakimlər (Azərbaycan Respublikası məhkəmələrinin hakimləri)

Judges (judges of courts of the Republic of Azerbaijan)

dövlətin adından ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslər Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər.

> Hesabat

Report

fiziki, hüquqi şəxslərin, dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların müəyyən dövr ərzindəki fəaliyyəti və onun nəticələri, gəlirləri və xərcləri, habelə hazırkı maddi vəziyyəti barədə səlahiyyətli qurumlara və ya vəzifəli şəxslərə təqdim edilməsi, ictimaiyyətin məlumatlandırılması üçün nəzərdə tutulan yazılı məlumatlar. Adətən qanunvericiliklə müəyyən olunmuş formada tərtib olunur.

> Hədiyyə

Gift

əvəzsiz olaraq və ya həqiqi dəyərindən xeyli miqdarda aşağı qiymətə satılmaq yolu ilə pul vəsaitlərinin, müxtəlif növlü qiymətli kağızların, əşyaların, müəyyən qeyri-maddi nemətlərin verilməsi. Bir qayda olaraq bağışlama müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasında dövlət qulluqçularına hədiyyələrin təqdim edilməsi qaydası korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliklə tənzimlənir.

> Hərbi qulluqçular

Military servants

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər. Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları hərbi qulluqçulara şamil edilmir.

> Hərbi rütbə

Military rank

hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olan vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq verilən müvafiq rütbə.

> Həmkarlar ittifaqları

Trade unions

istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və "Həmkarlar ittifaqları haqqında" Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilat.

> Hüquq bərabərliyi

Legal equality

hüquq subyektlərinin eyni məzmunda və həcmdə hüquqlara, imtiyazlara malik olması və vəzifələr daşıması; əhatə dairəsi baxımından müxtəlif ola bilər (hamını, yaxud müəyyən sosial təbəqələri, qrupları əhatə edə bilər); demokratik dövlətlərin qanunvericiliyində mümkün olduğu qədər daha çox sayda şəxsləri əhatə edir.

> Hüquqi status

Legal status

qüvvədə olan hüquq normaları vasitəsilə hüquq subyektlərinin (fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların, vəzifəli şəxslərin) cəmiyyətdə faktiki vəziyyətinin əks etdirilməsi, onların malik olduğu hüquq və vəzifələrin məcmusu.

> Hüquqi şəxs

Legal entity

qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxs müstəqil balansa malik olmalıdır.

> Hüquq-mühafizə orqanları

Law-enforcement bodies (authorities)

istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini, miqrasiya sahəsində idarəetməni həyata keçirən, habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qərardadlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən müvafiq icra hakimiyyəti, prokurorluq orqanları.

E
> Elmi fəaliyyət

Scientific activities

müəyyən elm və ya incəsənət sahəsi üzrə tədqiqatların aparılmasıdır. Elmi məqalələrin, monoqrafiyaların, kitabların, dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodiki vəsaitlərin, kataloqların və digər vəsaitlərin, materialların hazırlanması, nəşr etdirilməsi, habelə dissertasiyaların hazırlanması və müdafiə edilməsi yolu ilə, elmi idarələr və təhsil müəssisələrinin tərkibində, yaxud onlarla müəyyən əməkdaşlıq şəraitində həyata keçirilir.

> Ezamiyyət (xidməti ezamiyyət)

Business trip (service trip)

dövlət orqanının, birliyin, müəssisənin, idarənin, təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin, onun daimi iş yerindən başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi.

>Ehtiyat kadr

Reserve staff

dövlət orqanlarında inzibati vəzifələrin müvafiq təsnifatlarına uyğun vakant vəzifələrin tutulması məqsədilə müsabiqədən müvəffəqiyyətlə keçərək vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanına təqdim olunan, lakin vəzifəyə təyin edilməmiş namizədlərin siyahısı. Ehtiyat kadrların formalaşdırılmasının məqsədi müvafiq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda, siyahıya daxil edilmiş namizədlərin müsabiqədənkənar həmin vəzifələrə təyin edilməsi üçün dövlət orqanına təqdim edilməsini təmin etməkdən ibarətdir.

> Elektron hökumət

E-government

fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara, vəzifəli şəxslərə, bələdiyyələrə dövlət qurumları tərəfindən hazırlanmış məlumatların təqdim edilməsi və xidmətlərin göstərilməsi üsullarından biri. Bu zaman müvafiq dövlət qurumu ilə müraciət edən subyekt arasında əlaqələr informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.

> Elektron imza

E-signature

digər verilənlərə (yəni informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyaya) əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; elektron formada hazırlanmış sənədin həqiqiliyini və onun məhz göstərilən şəxs tərəfindən verildiyini təsdiq edən əsas vasitələrdən biridir.

> E-qəbul

E-recruitment

ayrı-ayrı fiziki və hüquqi şəxslərin mənafeyinə aid olan konkret məsələlərin həlli, o cümlədən onların hüquqlarının və qanuni mənafelərinin qorunması, qanunla verilmiş imkanların təmin edilməsi məqsədilə maraqlı şəxslərin informasiya texnologiyalarından istifadə etməklə müvafiq dövlət orqanına (və ya digər dövlət qurumuna) müraciət edilməsi; müvafiq olaraq dövlət qulluğuna e-qəbul - informasiya texnologiyalarından istifadə etməklə konkret şəxslərin müvafiq dövlət qulluğu vəzifəsinin tutulmasına dair müsabiqədə iştiraka dair sənədləri göndərməsi və bu sənədlərin irəli sürülən tələblərə cavab verdiyi təqdirdə dövlət qulluğuna qəbulu həyata keçirən orqan tərəfindən təsdiq olunmasıdır.

> Etik davranış

Ethics behaviour

bax: dövlət qulluqçusunun etik davranış qaydaları.

> Ekspert

Expert

müəyyən elm, incəsənət sahəsi üzrə mütəxəssis olan və buna görə də müvafiq sahə üzə konkret məsələlərin həll edilməsi zərurəti yarandıqda həmin məsələnin həllinə cəlb olunan şəxs.

> Elmi ad

Academic title

ali təhsil müəssisəsinin elmi-pedaqoji kadrlarının akademik karyeranın ayrı-ayrı pillələri üzrə sıralanmasına imkan verən təsnifat sistemi. Hazırda Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin kafedralarının dosenti və professoru elmi adları, həmçinin müvafiq elmi-tədqiqat ixtisası üzrə dosent və professor elmi adı verilir. Müvafiq ixtisas üzrə elmi adlar həmçinin ali təhsil müəssisələrində elmi işçi vəzifəsində çalışan şəxslərə də verilir. Dosent elmi adı bir qayda olaraq, müvafiq elm sahəsi üzrə fəlsəfə doktoru, professor elmi adı isə müvafiq elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslərə verilir.

> Elmi dərəcə

Academic degree

elm xadimlərinin akademik karyerasının ayrı-ayrı mərhələlərində sıralanmasına imkan verən elmi təsnifat sistemi pilləsi. Hazırda Azərbaycan Respublikasında müvafiq elm sahəsi üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri verilir.

G
> Gömrük orqanları

Customs authorities

Azərbaycan Respublikasında gömrük işini həyata keçirən orqanlar. Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük orqanları hüquq mühafizə orqanlarıdır. Gömrük orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.r.

> Güzəştlər

Simplifications

qüvvədə olan qanunvericiliyə əsasən müəyyən şəxslər kateqoriyasının ümumi vəzifə və öhdəliklərin yerinə yetirilməsindən tamamilə və ya qismən, daimi olaraq və ya müəyyən müddətə azad edilməsi, onların hüquqi vəziyyətinin əvvəlkinə nisbətən yumşaldılması.

> Gender (ing. "gender" - "cins")

Gender

sosial elmlərdə insanın cinsi mənsubiyyətindən irəli gələn sosial xüsusiyyətlərini bildirən anlayış.

I
> İdarəetmə

Management

müəyyən məqsədlərə nail olmaq, maraqları həyata keçirmək naminə səlahiyyətli subyektin (idarəetmə subyekti) digər subyektlərin davranışını nizamlaması, obyektiv proseslərin gedişatına təsir göstərməsi; idarəetmənin xüsusi növü kimi dövlət idarəetməsi qabaqcadan müəyyən edilmiş siyasi kursun praktiki olaraq həyata keçirilməsi naminə dövlət hakimiyyəti orqanları və vəzifəli şəxslərin, habelə dövlət qulluqçularının mütəşəkkil və qanunvericilik əsasında həyata keçirilən fəaliyyətidir.

> İdarəçilik

Administration

müəyyən məqsədlərə nail olmaq, maraqları həyata keçirmək naminə səlahiyyətli subyektin (idarəetmə subyekti) digər subyektlərin davranışını nizamlaması, obyektiv proseslərin gedişatına təsir göstərməsi; idarəetmənin xüsusi növü kimi dövlət idarəetməsi qabaqcadan müəyyən edilmiş siyasi kursun praktiki olaraq həyata keçirilməsi naminə dövlət hakimiyyəti orqanları və vəzifəli şəxslərin, habelə dövlət qulluqçularının mütəşəkkil və qanunvericilik əsasında həyata keçirilən fəaliyyətidir.

> İcra hakimiyyəti orqanları

Executive power bodies

ölkədə dövlət hakimiyyətinin müstəqil qollarından biridir. Bu sistem Konstitusiyanı, qanunların bilavasitə icrasını həyata keçirir, ölkə əhalisinin maraq və tələbatlarının ödənilməsinə, ictimai maraqların təmin olunmasına xidmət edən sistemi.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur (Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsi). Azərbaycan Respublikası Prezidentinin tabeliyində olan bütün dövlət orqanları və vəzifəli şəxslər icra hakimiyyəti orqanlarına aid edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları (nazirliklər, dövlət komitələri və komissiyaları) və rayon (şəhər) icra hakimiyyəti orqanları da icra hakimiyyəti orqanları sisteminə daxildir. İcra hakimiyyəti orqanlarının aparatında daimi əsaslarla çalışan şəxslərə (həmin orqanların rəhbərliyi və bir sıra dövlət qurumları istisna olmaqla) dövlət qulluğu haqqında qanunvericilik şamil edilir.

> İctimai təşkilatların qərarları

Decisions of public organizations

ictimai təşkilatların nizamnaməsinə uyğun olaraq onların idarəetmə orqanları tərəfindən qəbul edilən və icrası təşkilat üzvləri üçün məcburi olan rəsmi göstəriş və qaydalar.

> İcarə (icarə müqaviləsi, əmlak kirayəsi müqaviləsi)

Rent (rental agreement, rented property agreement)

mülki hüquq müqavilələrindən biri. Bu müqaviləyə görə icarəyə verən icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı əldə etdiyi bəhrədən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər

> İnformasiya (lat. "informatio" - "izah etmə", "məlumatlandırma")

Information

yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar.

> İnformasiya sorğusu

Information request

informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Bu azadlığın təmin edilməsi məqsədi ilə informasiya sorğusunun verilməsi və onun cavablandırılması qaydasını Azərbaycan Respublikasının müvafiq Qanunu müəyyən edir.

> İnformasiya sahibi

Information owner

informasiya əldə etmək hüququnu təmin etmək üçün "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər.

> İnsan hüquq və azadlıqları

Human rights and freedoms

cəmiyyət üzvü olan hər bir fərdə (fiziki şəxsə) məxsus olan hüquq və azadlıqların məcmusu. Onların siyahısı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (məsələn, 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyasında, 1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Konvensiyada və s.) əks olunmuşdur.

> İntizam məsuliyyəti

Disciplinary responsibility

intizam xətaları törətmiş şəxslərin qanuna əsasən müvafiq intizam tənbehi tədbirlərinə məruz qalması vəzifəsi. Azərbaycan Respublikasında dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi və intizam tənbehinə məruz qalmasının əsasları və qaydası dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmişdir.

> İntizam icraatı

Disciplinary execution

intizam qaydalarının pozulması, intizam xətalarının törədilməsi hallarının səlahiyyətli şəxslər (qurumlar) tərəfindən araşdırılması, təqsirkar şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi və tənbehə məruz qalması ilə bağlı edilən bütün rəsmi hərəkətlərin və görülən tədbirlərin məcmusu.

> İntizam tənbeh tədbiri

Disciplinary action

bax: tənbeh.

> İnzibati məsuliyyət

Administrative responsibility

konkret fiziki və ya hüquqi şəxsin inzibati hüquq pozuntusu törətməsinə görə səlahiyyətli dövlət orqanlarının qoyduğu inzibati tənbehlərin (xəbərdarlıq, cərimə, müsadirə, xüsusi hüquqlardan məhrumetmə və s.) tətbiqinə məruz qalması vəzifəsi.

> İnzibati tənbeh

Administrative discipline

inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunan və inzibati xəta törətmiş şəxsə qarşı yönəlmiş məcburiyyət tədbirləri.

> İnzibati vəzifə

Administrative positions

dövlət orqanlarının aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin dövlət qulluğu vəzifələri. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

> İnzibati vəzifənin profili (fra. "profil", lat. "filum"- "ip", "görüntü", "növ")

Profile of administrative position

konkret inzibati vəzifənin təyinatı və funksiyasından asılı olaraq müəyyən növ işlərin görülməsində ixtisaslaşması.

> İnzibati vəzifələrin təsnifatı

Classification of administrative positions

inzibati vəzifələrin səlahiyyətləri, yerinə yetirdiyi işin həcmi, fəaliyyət göstərdiyi dövlət orqanının təsnifat bölgüsündən asılı olaraq ayrı-ayrı qruplara bölünməsi. Dövlət qulluğu haqqında qanunvericiliklə müəyyənləşdirilir.

> İnzibati vəzifələrin təsnifat toplusu

Classification code of administrative positions

inzibati vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilən rəsmi normativ sənəd. İnzibati vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır.

> İmtiyaz

Privilege

hamıdan və ya mümkün olduğu qədər geniş əhali kütləsindən fərqli olaraq müəyyən şəxslər kateqoriyası üçün qanunvericiliklə müstəsna hüquqların tanınması. İmtiyazlar eyni zamanda müəyyən vəzifələrin, öhdəliklərin icrasından tam və ya qismən azad edilməni də nəzərdə tuta bilər. Bu halda onlar, güzəştlərin xüsusi növü kimi çıxış edir.

> İstintaq

Investigation

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq konkret cinayət işi üzrə ibtidai (məhkəməyə qədər) araşdırmanın iki formasından biri (təhqiqatla yanaşı). Cinayət-Prosessual Məcəlləsində göstərilən istintaq orqanları tərəfindən müvafiq prosessual qaydada aparılır.

> İxtisas

Profession

konkret peşə və fəaliyyət növü üçün zəruri olan və xüsusi hazırlıq vasitəsilə əldə edilmiş biliklərin və bacarıqların məcmusu.

> İxtisas dərəcəsi (dövlət qulluqçularının ixtisas dərəcələri)

Professional degree (civil servants professional degrees)

Dövlət qulluqçusunun ixtisas səviyyəsini göstərən, ona inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verən dərəcə.

> İctimai birliklər

Public unions

təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatı.

> İctimai fəaliyyət

Public performance

bax: siyasi və ictimai fəaliyyət.

> İctimai etimad

Public confidence

İki mənada başa düşülə bilər:

  1. ümumi mənada: hər hansı şəxsin və ya qurumun fəaliyyəti, qarşısına qoyduğu məqsəd və vəzifələr cəmiyyət tərəfindən tanınır və dəstəklənir;
  2. dövlət qulluğunun etik davranış qaydası kimi: dövlət qulluqçusunun fəaliyyəti nəticəsində cəmiyyət qarşısında dövlət orqanının və dövlət qulluğunun nüfuzu möhkəmlənir.

> İstefaya getmə

Retirement

müəssisə, idarə və təşkilatda çalışan şəxslərin, o cümlədən dövlət orqanlarında fəaliyyət göstərən dövlət qulluqçularının öz təşəbbüsü ilə xidməti vəzifələrinin icrası prosesinə birdəfəlik xitam verilməsi. Dövlət qulluqçusu tərəfindən öz təşəbbüsü ilə dövlət qulluğu fəaliyyətinə xitam verməsi.

> İxtisas tələbləri

Professional requirements

müəyyən vəzifənin tutulması üçün namizədlərə qarşı irəli sürülən və onların ixtisasına, yəni onların konkret iş növünü yerinə yetirmək üçün zəruri olan peşəyə yiyələnmə dərəcəsinə aid olan tələblər (məsələn, müvafiq ali təhsilə, işin yerinə yetirilməsi üçün tələb olunan vərdişlərə malik olmaq və s.).

> İş vaxtı

Working hours

müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman. Ümumi qaydaya görə gündəlik normal iş vaxtının müddəti səkkiz saat, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saat təşkil edir. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

> İşə götürülmə

Employment

dövlət orqanı, idarə, müəssisə və təşkilatda vakant vəzifəyə namizədlə orqan, idarə, müəssisə və təşkilat rəhbərliyi arasında əmək müqaviləsinin bağlanması və namizədin müqavilədən irəli gələn əmək funksiyalarını bilavasitə yerinə yetirməyə başlaması. Dövlət qulluqçularının işə götürülməsi dövlət qulluğuna qəbul qaydaları ilə müəyyən olunur.

> İşdən çıxma

Resignation (dismissal)

əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslar və qaydalara uyğun olaraq işçilərlə (o cümlədən dövlət qulluqçuları ilə) dövlət orqanının, müəssisə, idarə, təşkilat rəhbərliyi arasında əvvəllər bağlanmış və qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi.

> İctimai rəy sorğusu

Public opinion survey

müəyyən məsələ ilə bağlı ayrı-ayrı əhali qruplarının mövqeyinin öyrənilməsi, habelə ictimai həyatın müəyyən sahələrində gedən proseslərin gedişatı haqqında təsəvvürlərin formalaşdırılması üçün rəyinin öyrənilməsi.

> İşçi qrup

Working group

müəyyən dövlət orqanının, təşkilatın, idarənin, müəssisənin, yaxud onlardan bir neçəsinin üzərinə qoyulmuş konkret işin yerinə yetirilməsi, tədbirin həyata keçirilməsi, rəsmi sənəd layihələrinin (o cümlədən normativ hüquqi akt layihəsinin) hazırlanması, yaxud göstərilən sənədin üzərində işin aparılması və digər bu kimi məqsədlər üçün yaradılan müvəqqəti xarakterli, qeyri-sabit tərkibli kollektiv. Müvafiq dövlət orqanında çalışan dövlət qulluqçularından, idarə, müəssisə, təşkilat əməkdaşlarından ibarət ola bilər. Lakin kənar şəxslərin dəvət olunması da mümkündür. Bir dövlət orqanının (təşkilatın, idarənin, müəssisənin) tərkibində təşkil oluna və ya bir neçə belə qurumu əhatə edə bilər. İkinci halda işçi qrupunun yaradılması haqqında qərarı yuxarı orqan qəbul edir.

> İşgüzar nüfuz

Business reputation

fiziki və hüquqi şəxslərin peşəkarlığı və ictimai fəaliyyəti barədə mövcud olan ictimai rəy. Qanunvericiliyə uyğun olaraq dövlət qulluqçuları hamının işgüzar nüfuzuna hörmətlə yanaşmalıdır.

Ə
> Ədliyyə orqanları

Justice bodies

İki mənada anlaşıla bilər:

  1. geniş mənada: ölkənin məhkəmə və hüquq-mühafizə orqanları sistemi;
  2. dar mənada: Ədliyyə Nazirliyi sisteminin tərkibində olan, məhkəmə və hüquq-mühafizə fəaliyyətini təmin edən xidmətlər (məsələn, məhkəmə icraçıları, məhkəmə nəzarətçiləri, penitensiar xidmət və s.). Ədliyyə orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların aparatlarında calışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər — xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) isə dövlət qulluğu haqqında qanunvericilik şamil edilir.
> Əlavə təhsil

Additional education

vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil.

> Əmanətlər

Deposits

fiziki və ya hüquqi şəxslər tərəfindən kredit təşkilatlarına və ya banklara, yaxud qanunvericiliklə səlahiyyət verilmiş digər müəssisələrə saxlanması, məbləğinin artırılması, yaxud gəlirin əldə olunmasında iştirak məqsədilə təqdim olunan maliyyə vəsaitləri.

> Əmək qanunvericiliyi

Labour legislation

ölkədə əmək münasibətlərini tənzimləyən qanunvericilik aktları sistemi. Azərbaycan Respublikasında əmək qanunvericiliyinin tərkibinə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Əmək Məcəlləsi və digər qanunvericilik aktları daxildir.

> Əmək haqqı

Salary

müəssisə, idarə, təşkilatlarda çalışan işçilərə, eləcə də dövlət qulluqçularına yerinə yetirdikləri işin müqabilində ödənilən maddi vəsait. Onun həcmi və ödənilməsi qaydası yerinə yetirilən işin xüsusiyyətlərindən, habelə işçinin tutduğu vəzifədən, iş stajından və digər bu kimi amillərdən asılı olur. Dövlət qulluqçularının əmək haqqı dövlət məvacibi formasında ödənilir.

> Əmək müqaviləsi (kontraktı)

Labour agreement (contract)

işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və ləğv edilməsi qaydaları Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. Dövlət qulluqçuları ilə müvafiq dövlət orqanı aparatının rəhbərliyi arasında da əmək müqavilələri bağlanır, dəyişdirilir və xitam edilir.

> Əmək qabiliyyəti

Ability to work

insanın aktiv surətdə ictimai faydalı əməklə, müəyyən peşə fəaliyyəti ilə məşğul olmasına imkan verən fiziki və ya psixi qabiliyyətlərinin məcmusu.

> Əmlakdan istifadə

Use of property

İki mənada başa düşülür:

  1. ümumi mənada: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, əmlakdan təyinatına uyğun istifadə nəticəsində ondan fayda götürməkdən ibarət olan fəaliyyət. Fayda götürmə dedikdə, gəlir, artım, bəhrə, törəmə və başqa formalar nəzərdə tutula bilər;
  2. dövlət qulluğunun etik davranış qaydası kimi: dövlət qulluqçusunun istifadəsində olan dövlət əmlakından xidməti vəzifələrin icrası üçün qənaətlə və səmərəli istifadə etməsi nəzərdə tutulur.


> Əmr

Order

dövlət orqanı, müəssisə, idarə və təşkilat rəhbərinin verdiyi və müvafiq orqanda, müəssisədə, idarədə çalışan bütün şəxslər üçün məcburi olan rəsmi yazılı göstəriş. Kargüzarlıq qaydalarına uyğun formada tərtib edilir, normativ və qeyri-normativ müddəaları özündə əks etdirə bilər.

> Əsasnamə

Regulations

konkret dövlət orqanlarının, idarə və müəssisələrinin, yaxud dövlət orqanları, idarə, müəssisə və təşkilatlar sisteminin hüquqi statusunu, təşkili və fəaliyyəti qaydalarını, onların digər orqanlarla, təşkilatlarla və vətəndaşlarla qarşılıqlı münasibətlərini nizamlayan sistemləşdirilmiş normativ hüquqi akt. Azərbaycan Respublikasında bir qayda olaraq Azərbaycan Respublikası Prezidentinin fərmanı və ya Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunur. Lakin bəzən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən də təsdiq oluna bilər.

> Ərizə

Application

vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

> Əcnəbilər

Foreigners

Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər. Azərbaycan Respublikasında əcnəbilərin statusu, o cümlədən onların dövlət qulluğuna qəbul edilib-edilməməsi, seçkili orqanlarda təmsil olunması məsələləri Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

K
> Kargüzar

Clerk

təşkilatın öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətini həyata keçirilməsinə yardım edən şəxs.

> Kuryer (fr. "courier"- "qaçmaq")

Courier

təşkilat daxilində və ya təşkilatlar arasında işgüzar sənədlərin, digər əşyaların çatdırılmasını həyata keçirən şəxs. Dövlət orqanlarında fəaliyyət göstərən kuryerlər bir qayda olaraq yardımçı dövlət qulluğu vəzifələrinə aiddir.

> Kurator (lat. "curator" - "qəyyum")

Curator

müəyyən işin, prosesin gedişatı, konkret şəxslərin gündəlik fəaliyyəti üzrə nəzarəti həyata keçirən şəxs. Dövlət qulluğuna qəbul zamanı staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi, stajçının işini istiqamətləndirən, fəaliyyətinə nəzarət edən və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edən dövlət qulluqçusu da kurator adlanır.

> Konsepsiya (lat. "conceptio " - "anlayış ", "sistem ")

(conception)

dövlət idarəçiliyində: müəyyən sahənin gələcək inkişaf xüsusiyyətlərini, istiqamətlərini, mümkün çətinlikləri və onların aradan qaldırılması yolları haqqında təsəvvürləri özündə əks etdirən ümumi fikirlər, rəhbər ideyalar toplusu, sistemi. Ali dövlət hakimiyyəti orqanları tərəfindən irəli sürülür və yazılı şəkildə rəsmi sənəd kimi təsdiq olunur. Bundan sonra konsepsiyada əks olunmuş müddəaların reallaşdırılması üçün müxtəlif Dövlət Proqramları, Fəaliyyət Proqramları, normativ hüquqi, normativ xarakterli və qeyri-normativ aktlar qəbul edilir.

> Korrupsiya

Corruption

vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

> Korrupsiya hüquq pozmaları

Corruption-related law-violations

dövlət qulluqçuları, vəzifəli şəxslər, ayrı-ayrı vətəndaşlar və hüquqi şəxslər tərəfindən korrupsiya ilə bağlı əməllərin törədilməsi.

> Kütləvi İnformasiya Vasitələri (KİV)

Mass Media

dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları.

L
> Loyallıq (fr. "loyal" - "sadiq")

Loyalty

  1. ümumi mənada - nəyəsə və ya kiməsə münasibətdə nəzakətli və etibarlı münasibət; qüvvədə olan qanunlara və hakimiyyət orqanlarına sədaqət, sözsüz tabeçilik, hakimiyyətin verdiyi qərarların qəbul edilməsi və icrası;
  2. dövlət qulluğunun etik davranış qaydası kimi - dövlət qulluqçusunun xidməti vəzifələrinə aid olmadığı hallarda, fəaliyyət göstərdiyi dövlət orqanının və onun rəhbərinin qanuni fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və qiymətvermələrdən çəkinməsi; dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verməməsi, yaxud qanunvericilikdə dövlət qulluğu ilə bağlı məhdudiyyətlərə əməl etməsi;

> Layihə

Project

  1. normayaradıcılığı fəaliyyətində - normativ, yaxud qeyri-normativ hüquqi aktların hazırlanması və qəbulu prosesində həmin aktların müzakirəsi və üzərinə müvafiq işin aparılması üçün nəzərdə tutulan, hələ rəsmən təsdiq olunmamış nüsxələri.
  2. idarə, müəssisə və təşkilatların iş təcrübəsində - müvafiq idarə, müəssisə və təşkilatın qarşısında dayanan konkret məqsədlərin təmin edilməsi, maddi və qeyri-maddi nəticələrin əldə edilməsi, müəyyən istiqamətdə işlərin görülməsi üçün hazırlanan və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

M
> Maddi və ya qeyri-maddi nemətlər

Material or nonmaterial benefits

mülki dövriyyənin obyekti olan istənilən əmlak.

> Maliyyə hesabatı

Financial account

konkret şəxslərin (bir qayda olaraq dövlət qulluqçularının və vəzifəli şəxslərin) müəyyən müddətə olan əmlak vəziyyəti, gəlirlərinin həcmi və mənbələri haqqında rəsmi yazılı məlumat. Səlahiyyətli dövlət orqanlarına təqdim olunmaq üçün tərtib edilir.

> Maraqların toqquşması

Conflict of interests

  1. geniş mənada — hadisələrin gedişatının subyektlərdən birinin maraqlarına cavab verdiyi halda, digərinin maraqlarının təmin edilməməsinə, yaxud sıxışdırılmasına gətirib çıxaran vəziyyət;
  2. 2) dövlət qulluğu vəzifələrinin icrası zamanı — dövlət qulluqçusunun vəzifə səlahiyyətlərinin icrası zamanı xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət.

> Mədəni davranış

Cultural behavior

dövlət qulluğu vəzifəsinin icra edilməsinə aid olan əsas prinsiplərdən biri. Dövlət qulluqçusunun vəzifə səlahiyyətlərini icra edərkən təmasda olduğu şəxslərlə cəmiyyətdə qəbul edilmiş ümumi əxlaqi normalar çərçivəsində davranmasını, göstərilən şəxslərin şərəf və ləyaqətinə qəsd edən hərəkətlərə yol verilməməsini nəzərdə tutur.

> Məlumatlardan istifadə

Use of information

dövlət qulluqçusunun etik davranış qaydalarına aid olan prinsiplərdən biri; dövlət qulluqçusunun xidməti vəzifələrinin icrası zamanı müvafiq dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada əldə olunması və yayılmasının mümkünlüyünü təmin etməsi, eləcə də müvafiq orqanda məlumatlardan istifadəyə dair müəyyən edilmiş qaydalara tabe olması.

> Məhkəmə hakimiyyəti

Judicial power

Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət hakimiyyətinin müstəqil qollarından biri (qanunvericilik və icra hakimiyyətləri ilə bərabər). Mülki, cinayət, inzibati və konstitusiya işlərinə (mübahisələrinə) baxaraq onları həll edən, yəni ədalət mühakiməsini həyata keçirən, habelə bununla bağlı digər səlahiyyətləri yerinə yetirən bütün məhkəmələrin məcmusundan ibarətdir.

> Məhkəmə qərarı

məhkəmə tərəfindən konkret mülki, cinayət, inzibati, konstitusiya işinə baxılması nəticəsində verilən və işin mahiyyəti üzrə həll edilməsini nəzərdə tutan əsas məhkəmə sənədi. Cinayət işlərinin baxılması nəticəsində verilən məhkəmə qərarları hökmlər, mülki, inzibati işlərin baxılması nəticəsində verilən məhkəmə qərarları isə qətnamələr adlanır.

> Məzuniyyət

Leave

qanunla bütün işçilərə, o cümlədən dövlət qulluqçularına verilən istirahət vaxtı. Qanunvericiliklə müxtəlif növləri fərqləndirilir: əsas məzuniyyət, təhsil məqsədilə verilən məzuniyyət, sosial məzuniyyətlər, işçinin özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar olan və elmi məzuniyyətlər.

> Mərkəzi icra hakimiyyəti orqanı

Central executive power body

ölkə ərazisində ayrı-ayrı idarəçilik sahələri üzrə icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təşkil edilən, ona tabe olan dövlət orqanları sistemi (nazirliklər, dövlət komitələri, komissiyalar və s.).

> Mərkəzi icra hakimiyyəti orqanının yerli bölmələri

Local divisions of central executive power body

müvafiq inzibati-ərazi vahidi hüdudlarında mərkəzi icra hakimiyyəti orqanlarının funksiyalarını və səlahiyyətlərini yerinə yetirən və həmin icra hakimiyyəti orqanı tərəfindən təkbaşına, yaxud yerli icra hakimiyyəti orqanları ilə birlikdə formalaşdırılan qurumlar. Müvafiq mərkəzi icra hakimiyyəti orqanına (bəzi hallarda isə ikiqat tabeçilik qaydasında həm də yerli icra hakimiyyəti orqanlarına) tabedirlər.

> Məcəllə

Code

ayrı-ayrı hüquq (qanunvericilik) sahələrinə aid olan normaları bir araya gətirən, məcəllələşdirmə fəaliyyəti nəticəsində hazırlanmış və səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq olunmuş normativ hüquqi akt.

> Məhdudiyyət

Restrictions

qüvvədə olan normativ və qeyri-normativ hüquqi aktlara əsasən şəxslərin davranışına müəyyən hədlərin qoyulması; adətən qadağalar vasitəsilə həyata keçirilir.

> Məsuliyyət (hüquqi məsuliyyət)

Responsibility (legal responsibility)

  1. pozitiv mənada: subyektin (vətəndaşın, təşkilatın, dövlət orqanının, vəzifəli şəxsin, dövlət qulluqçusunun və s.) qanunla üzərinə qoyulmuş və mütləq yerinə yetirilməli olan vəzifələri;
  2. neqativ mənada: törədilən əməllərə (xətalara, yaxud cinayət əməlinə) və onların nəticələrinə görə cavab vermək, müəyyən hüquqi nəticələrə (sanksiyalara, cəzaya və s.) qatlanmaqdan ibarət olan subyektiv vəzifənin xüsusi növü. Göstərilən mənada məsuliyyətin aşağıdakı növləri fərqləndirilir: intizam, inzibati, maddi (mülki) və cinayət məsuliyyətləri.

> Müddəa

Provision

normativ və qeyri-normativ hüquqi aktlarda əks olunan müəyyən şəxslər dairəsinə və ya konkret şəxslərə ünvanlanan rəsmi xarakterli göstərişlər.

> Müraciət (vətəndaşların, idarə, müəssisə və təşkilatların müraciətləri)

Appeal (appeals of citizens, institutions and organizations)

vətəndaşların, idarə, müəssisə və təşkilatların özlərinin, eləcə də digər şəxslərin mənafeyi naminə yazılı, yaxud şifahi formada şikayət və ya ərizə vermə yolu ilə dövlət orqanları, konkret vəzifəli şəxslər qarşısında müəyyən məsələlər qaldırması, təşəbbüslərlə çıxış etməsi.

> Mükafatlar

Rewards

işçilərin əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə, işdə əhəmiyyətli uğurlar qazanmalarına, müəssisə, idarə və təşkilatın qanuni mənafelərini lazımınca təmin etmələrinə görə, uğurlu əmək fəaliyyətinin davam etdirilməsini stumullaşdırmaq məqsədilə, habelə işçilərin maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün verilən pul və sair maddi nemətlər. Digər işçilər kimi dövlət qulluqçularının da yuxarıda göstərilən əsaslarla və məqsədlərə görə vəzifə maaşına əlavə kimi mükafat almaq hüququ vardır.

Digər işçilər kimi, dövlət qullluqçularının da yuxarıda göstərilən əsaslarla və məqsədlərə görə vəzifə maaşına əlavə kimi mükafat almaq hüququ vardır.

> Müsabiqə

Competition

dövlət qulluğuna qəbulun və inzibati vəzifələrin tutulmasının əsas formalarından biri. Konkret dövlət qulluğu vəzifəsini tutmaq iddiasında olan bir neçə namizədin arasında həmin vəzifəyə daha çox layiq olanın müəyyənləşdirilməsi məqsədilə onların ardıcıl olaraq yoxlama imtahanlarından keçirilməsindən ibarətdir.

> Müsahibə

Interview

  1. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması zamanı keçirilən müsabiqənin əsas mərhələlərindən biri kimi (bax: müsabiqə);
  2. 2) dövlət qulluğuna qəbulun və inzibati vəzifələrin müvafiq təsnifatlarına uyğun olan vəzifələrin tutulmasının əsas formalarından biri. Dövlət qulluğuna qəbul zamanı namizədlərin şəxsi və peşəkarlıq keyfiyyətlərinin yoxlanılması, müvafiq vəzifəyə yararlılığının müəyyən edilməsi məqsədilə, şifahi sorğuya cəlb edilməsindən ibarətdir.

> Müsahibə komissiyasının üzvü

Member of Interview group (interviewer)

müsahibə zamanı dövlət qulluğuna namizədlərin peşə hazırlığını, təcrübəsini, müvafiq dövlət qulluğu vəzifəsi üçün irəli sürülən tələblərə cavab verməsini, habelə onun ümumi dünyagörüşünü və bilik səviyyəsini yoxlamaq üçün müvafiq namizədi sual-cavab edən şəxs.

> Mütəxəssis

müəyyən əmək, fəaliyyət növünü, yaxud müəyyən peşəni (elm, incəsənət, texnika sahəsinə aid olan və s.) əsaslı və dərindən bilən, habelə müvafiq fəaliyyət növü və ya peşə üzrə daimi və mütəmadi olaraq məşğul olan şəxs. Dövlət orqanlarının fəaliyyəti prosesində xüsusi bilik və bacarıqlardan istifadə ilə əlaqədar konkret məsələlərin həll edilməsi zərurəti yarandıqda (məsələn, attestasiyanın keçirilməsi zamanı), müvafiq orqanın işinə cəlb edilirlər.

> Müvəkkil

Attorney

digər şəxslərin mənafeyini təmin etmək məqsədilə hüquqi əhəmiyyətli müəyyən hərəkətlərin edilməsi üçün səlahiyyət əldə etmiş şəxs; göstərilən səlahiyyət normativ hüquqi aktlara, qeyri-normativ hüquqi aktlara (bir qayda olaraq, dövlətin, ayrıca dövlət orqanlarının adından çıxış etmək zərurəti yarandıqda), yaxud müqaviləyə (vətəndaşların və özəl təşkilatların adından çıxış etmək zərurəti yarandıqda) əsaslana bilər.

N
> Normativ hüquqi akt

Standard legal act


tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd (bax: Azərbaycan Respublikasının qanunvericiliyi)

> Normativ xarakterli akt

Standard act

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd.

O
> Ombudsman - (Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili)

Ombudsman — (Attorney on human rights of the Republic of Azerbaijan)

Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsini və "Ombudsman haqqında" Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınmasını həyata keçirən şəxs.

Ö
> Ödənişli fəaliyyət

Paid activity

pulla, qiymətli kağızlarla, habelə digər maddi nemətlərlə əvəzi ödənilən və daimi əsaslarla həyata keçirilən istənilən əmək fəaliyyəti.

P
> Pedaqoji fəaliyyət

Teaching activity

müəyyən biliklər və vərdişlərin aşılanması üçün aparılan təlim və tərbiyə fəaliyəti. Mütəmadi olaraq, konkret tədris proqramı əsasında mülkiyyət formasından asılı olmayaraq müvafiq tədris müəssisələrində həyata keçirilir

> Pensiya (lat. "pensio" - "ödəniş")

Pension

əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişi.

> Pensiyaya çıxma

Retirement

dövlət qulluğuna xitam verilməsi üçün əsaslardan biri. Dövlət qulluqçusu müəyyən yaş həddinə (pensiya yaşına) çatdıqdan sonra tutduğu vəzifədən tam olaraq azad edilir (dövlət qulluğuna xitam verilməsi) və müvafiq dövlət qurumlarında qeydə alınmaqla ona qanunla nəzərdə tutulmuş pensiya verilməsi nəzərdə tutulur.

> Peşə hazırlığı

Professional development

şəxsin müəyyən növ əmək funksiyalarını yerinə yetirmək üçün bütün zəruri bilik və vərdişlərə yiyələnmək məqsədi ilə ardıcıl olaraq həyata keçirdiyi tədris fəaliyyəti.

> Peşəkarlıq və fərdi məsuliyyətin artırılması (prinsip kimi)

Increase of professional and personal responsibility (as a princip)

dövlət qulluqçularının qanunla müəyyən edilmiş etik davranış qaydalarından biri; dövlət qulluqçularının öz vəzifələrini müxtəlif şəraitlərdə sistemli, səmərəli və sabit şəkildə icra etmələrini, onların qarşısına qoyulan vəzifələri qoyulmuş tələblərə uyğun tərzdə yerinə yetirmələrini nəzərdə tutur.

Polis

Police

ictimai təhlükəsizlik və ictimai asayişin təmin olunması, cinayətlərin qarşısının alınması və törədilmiş cinayət əməlləri ilə bağlı təhqiqat və istintaq funksiyalarını həyata keçirən mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı. Bir qayda olaraq xüsusi rütbə daşıyan polis əməkdaşlarından ibarətdir. Daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının ayrıca qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növü hesab edilir.

> Prokurorluq

Public prosecutor's office

məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş dövlət orqanları sistemi. Prokurorluq orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növü hesab edilir.

R
> Rotasiya (lat. "rotatio " — "dairəvi hərəkət, fırlanma ")

Rotation

müəyyən qaydalara uyğun olaraq müəssisə, idarə, təşkilat işçilərinin, yaxud dövlət orqanı rəhbərliyinin, adi dövlət qulluqçularının bir iş yerindən digərinə keçirilməsi. Bu yolla dövlət orqanının, təşkilatın, idarənin müəssisənin tərkibinin təzələnməsi.

> Reyestr (lat. "regestum", yeni lat. "regestrum" - "siyahı")

Register

hüquqi əhəmiyyətli hadisələrin, konkret şəxslərə mənsub olan hüquqlarla, imtiyazlarla, yaxud onların ictimai, qulluq vəziyyəti ilə bağlı olan halların yazılı formada əks olunması üçün nəzərdə tutulan rəsmi qeydiyyat kitabı. Bir qayda olaraq qanunvericiliyə əsasən müvafiq dövlət orqanı tərəfindən aparılır.

> Rekvizit (lat. "requisitum" - "tələb edilən, "zəruri olan")

Requisite

rəsmi sənədin müəyyən quruluşu, onun ayrı-ayrı tərkib hissələrinə bölünməsi və bu hissələrin müəyyən ardıcıllıqla verilməsi.

Q
> Qiymətləndirmə (dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi)

Appraisal (performance appraisal of civil servants)

inzibati vəzifə tutan dövlət qulluqçusunun hər təqvim ilinin sonunda peşə hazırlığı, xidməti vəzifələrinin icrası, digər iş yoldaşları və rəhbərliklə münasibətləri barədə müəyyən olunmuş formada rəsmiləşdirilən rəy. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə alınır.

> Qanunçuluq

Legitimacy

qanunun tələblərinin aidiyyəti olan bütün şəxslər tərəfindən olduğu kimi və dönmədən yerinə yetirilməsi. Dövlət qulluğunun həyata keçirilməsi və ümumiyyətlə dövlət orqanları sisteminin fəaliyyəti zamanı rəhbər tutulan əsas prinsiplərdən biridir.

> Qanunvericilik aktı (qanun)

Legislative act (law)

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsində, 95-ci maddəsinin I hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulan səlahiyyətlərinə aid məsələlər üzrə qəbul etdiyi rəsmi sənəd; normativ hüquqi aktların əsas növüdür. Azərbaycan Respublikasında qanunların hazırlanması, təsdiq olunması, qüvvəyə minməsi, ona düzəlişlərin edilməsi qaydaları Azərbaycan Respublikası Konstitusiyasına və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

> Qanunvericilik orqanı aparatı

Office of legislative body

qanunvericilik orqanının (yəni deputat korpusunun) işinə təşkilati, maddi-texniki, məlumat, hüquqi, maliyyə dəstəyini həyata keçirən və müvafiq qanunverici orqanın nəzdində fəaliyyət göstərən idarə, şöbə və bölmələrin məcmusu.

> Qərarlar

Decisions

dövlət qulluqçusunun xidməti vəzifələrinin icrası zamanı rəhbər tutmalı olduğu əsas etik davranış qaydalarından biri. Vəzifə borcunu yerinə yetirərkən, xüsusən də ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin mənafeyinə toxunan məsələləri həll edərkən obyektiv olmağı, yalnız qanunun tələblərini və işin konkret hallarını nəzərə almağı və qanunda nəzərdə tutulmadığı hallarda heç kəsə üstünlük verməməyi tələb edir.

> Qərəzsizlik

Impartiality

dövlət qulluqçusunun xidməti vəzifələrinin icrası zamanı rəhbər tutmalı olduğu əsas etik davranış qaydalarından biri. Vəzifə borcunu yerinə yetirərkən, xüsusən də ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin mənafeyinə toxunan məsələləri həll edərkən obyektiv olmağı, yalnız qanunun tələblərini və işin konkret hallarını nəzərə almağı və qanunda nəzərdə tutulmadığı hallarda heç kəsə üstünlük verməməyi tələb edir.

> Qısaldılmış iş vaxtı

Shortened working hours

qanunla nəzərdə tutulmuş iş vaxtından (tam iş vaxtından) daha az həcmdə olan iş vaxtı. İşçilərin ayrı-ayrı kateqoriyalarının, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyalarının xüsusiyyətləri nəzər alınaraq müəyyən edilə bilər (Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci hissəsi).

> Qulluq borcu

Official duties

dövlət qulluqçusunun statusundan asılı olaraq müəyyən edilmiş bütün tələblərin tam və dönmədən yerinə yetirilməsi vəzifəsi.

> Qulluq etikası

Official ethics

dövlət qulluqçusu tərəfindən vəzifə borcunun yerinə yetirilməsi zamanı digər dövlət qulluqçuları, işlədiyi dövlət orqanının rəhbərliyi, üçüncü şəxslərlə münasibətlərdə rəhbər tutmalı olduğu əxlaqi qaydalar.

> Qulluq reqlamenti

Service regulations

müvafiq dövlət orqanı daxilində dövlət qulluqçularının hüquq və vəzifələrini müəyyən edən, dövlət qulluğu haqqında qanunvericiliyin əsasında və ona əlavə kimi qəbul edilən qaydaların məcmusu. Müvafiq dövlət orqanının rəhbərliyi tərəfindən qəbul edilir və bütün dövlət qulluqçularının icrası üçün məcburidir.

> Qulluq şəraiti

Service conditions

dövlət qulluğu vəzifəsi səlahiyyətlərinin səmərəli və faydalı yerinə yetirilməsi, dövlət qulluqçusunun həyatı və sağlamlığının mühafizə edilməsi üçün minimum normaları dövlət qulluğu haqqında qanunvericilik, habelə dövlət orqanı rəhbərliyi ilə dövlət qulluqçusu arasındakı razılaşma əsasında müəyyənləşdirilən əmək, sosial və iqtisadi normaların məcmusu. İş və istirahət vaxtlarının həcminə aid tələbləri, vəzifə səlahiyyətlərinin icrası üçün zəruri olan iş yerini, texniki ləvazimatları və digər məsələləri əhatə edir.

> Qulluqda irəli çəkilmək

Promotion

müəyyən dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsinə malik şəxsin daha yüksək ixtisas dərəcəsi ilə təltif olunması.

> Qulluqda yüksəliş

Career growth

dövlət qulluğu haqqında qanunvericiliyə əsasən inzibati vəzifələrin ali-dördüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması yollarından biri; dövlət qulluqçusunun inzibati vəzifələrin təsnifat toplusunda daha yüksək yer tutan inzibati vəzifəyə və ya təsnifat pilləsində daha yüksək mövqedə dayanan digər dövlət orqanında müvafiq dövlət qulluğu vəzifəsinə təyin edilməsi.

S
> Sərəncam

Order

dövlət orqanı, müəssisə, idarə və təşkilat rəhbərlərinin verdiyi məcburi xarakterli göstərişlər. Müvafiq dövlət orqanında, müəssisə, idarə və təşkilatda çalışan şəxslər üçün məcburidir, yazılı və ya şifahi formada verilə bilər. Bir qayda olaraq konkret göstərişləri əks etdirir.

> Sektor

Sector

dövlət orqanı aparatının və onun yerli bölmələrinin tərkibində təşkil olunan struktur vahidlərindən biri.

> Siyasi fəaliyyət

Politics

bax: Dövlət qulluqçusunun siyasi fəaliyyəti

> Siyasi partiyalar

Political parties

ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birliyi. Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək. Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılmasında fəal iştirak edirlər və assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər.

> Sosial siyasət

Social policy

əhalinin sosial inkişafı və sosial təminatı sahəsində həyata keçirilən tədbirlər kompleksi; müəyyən əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir

> Stajçı

Probationer

  1. yeni iş yerinə qəbul edilmiş və müəyyən müddət ərzində həmin iş yeri üçün tələb olunan əlavə bilikləri və vərdişləri mənimsəyən şəxs;
  2. vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsabiqədən müvəffəqiyyətlə keçmiş və müvafiq vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim olunmuş namizədlər sırasından seçilərək vakant vəzifəyə təyin edilmiş namizədlərdən biri.

T
> Tapşırıq

Task

dövlət orqanı, idarə, müəssisə və təşkilat rəhbərliyinin konkret məsələlərin həlli ilə bağlı tabeliyində olan şəxslərə verdiyi şifahi göstərişlərdir. Tapşırıq onu bilavasitə icra edənin vəzifə səlahiyyətlərindən, yerinə yetirdiyi işdən, peşəsindən, ixtisasından asılı olaraq müəyyənləşdirilir.

> Texniki vəzifə

Technical position

müvafiq dövlət orqanının fəaliyyətinin maddi-texniki təminatını həyata keçirməkdən ibarət olan yardımçı dövlət qulluğu vəzifəsi.

> Test imtahanı (ing. "test" - "yoxlama", "sınaq")

Testing

yoxlanılan şəxsin biliyinin, bacarığının və vərdişlərinin yoxlanılması üçün, həmin şəxsə verilən standartlaşdırılmış tapşırıqların yerinə yetirilməsi vasitəsilə aparılan imtahan; konkret suala aid müxtəlif cavab variantları arasında birinin (adətən düzgün olanın) seçilməsini nəzərdə tutur.

> Test nümunəsi

Test samples

müəyyən sahə üzrə konkret sualı (sualları) və müvafiq cavab variantlarını əks etdirən yazılı nümunə.

> Test ekspertizası

Test expertize

verilmiş test suallarının irəli sürülən tələblərə cavab verməsi məqsədi ilə səlahiyyətli şəxs (şəxslər) tərəfindən yoxlanılması və bunun nəticəsində müvafiq rəyin hazırlanması.

> Tətil

Vacation

kollektiv və fərdi əmək mübahisələrini həll etmək məqsədi ilə işçilərin (işçinin) müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən imtina etməsi.

> Təsnifat toplusu

Classification code

inzibati və yardımçı dövlət qulluğu vəzifələrinin müxtəlif kateqoriyalarını (təsnifatlarını) ardıcıl və sistemli şəkildə, müvafiq təsnifata uyğun gələn konkret dövlət qulluğu vəzifələrinin siyahısı ilə özündə əks etdirən vahid toplu.

> Təşəbbüskarlıq

Initiative

dövlət qulluqçusunun xidməti vəzifələrini, habelə rəhbərlik tərəfindən verilmiş tapşırıqları aktiv, müstəqil və yaradıcı tərzdə, o cümlədən yeni üsullar və vasitələr tətbiq etməklə yerinə yetirməsi.

> Təminedici

Supplier

dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara aid məsələlərin həll edilməsi üçün zəruri olan texniki xarakterli işlərin yerinə yetirilməsinə yardım göstərən şəxs və ya qurum.

> Təlimat

Instruction

  1. mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən, müəyyən sahəyə, yaxud məsələyə aid olan qaydaları özündə əks etdirən normativ hüquqi akt;
  2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Mərkəzi Bankının qanunla səlahiyyətlərinə aid olan məsələlər üzrə qəbul etdikləri normativ xarakterli akt;
  3. dövlət orqanı, idarə, müəssisə və ya təşkilat rəhbərinin verdiyi və müvafiq orqan, idarə, müəssisə, təşkilat əməkdaşlarının hamısına, bir qrupuna və ya konkret şəxsə aid olan, orqanın, müəssisənin, idarənin və təşkilatın səlahiyyətinə aid olan konkret məsələnin həlli qaydasına və üsullarına dair tələbləri əks etdirən məcburi qayda (qaydalar); yazılı və ya şifahi formada verilə bilər.

> Təqdimat

Presentation

qanunvericilikdə nəzərdə tutlmuş hallar baş verdiyi təqdirdə müvafiq dövlət orqanının və ya konkret vəzifəli şəxsin müəyyən tədbirləri görməsi məqsədilə həmin orqana və ya vəzifəli şəxsə ünvanlanmış rəsmi yazılı müraciət. Səlahiyyətli orqanlar, idarə, müəssisə, təşkilatlar və ya ayrıca vəzifəli şəxslər tərəfindən verilə bilər.

> Tibbi komissiya

Medical commission

dövlət qulluqçularının, habelə müəssisə, idarə və təşkilatda çalışan işçilərin əmək qabiliyyətinin, sağlamlıq vəziyyətinin yoxlanılması məqsədilə müvafiq ixtisasları təmsil edən həkimlərdən ibarət tərkibdə təşkil olunmuş kollegial qurum. Onun verdiyi qərar yoxlanılan şəxsin sonrakı əmək fəaliyyətinin davam etdirilməsi üçün əhəmiyyətlidir. Komissiya müvafiq dövlət orqanları, idarə, müəssisə və təşkilatların nəzdində fəaliyyət göstərir.

> Tibbi sığorta (icbari tibbi sığorta)

Medical insurance (obligatory health insurance)

əhalinin sosial müdafiəsi formalarından biri; sığorta hadisəsi baş verdikdə (bu hadisələr əvvəlcədən sığorta sənədində göstərilir) sığorta edənin yığılmış vəsaitlər hesabına tibbi yardım göstərməsi; dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu və onun ailə üzvləri icbari tibbi sığortaya cəlb edilir.

> Tənbeh

Penalty

intizam xətası törətmiş şəxsin cəzalandırılması və tərbiyələndirilməsi, ümumiyyətlə hüquq pozuntularının gələcəkdə qarşısının alınması məqsədilə tətbiq edilən məcburiyyət tədbirləri; idarə, müəssisə və təşkilatların, dövlət orqanlarının rəhbərliyi tərəfindən müvafiq xətaya yol verən şəxsə qarşı tətbiq edilir.

> Töhmət

Rebuke

qulluq vəzifələrinin icra edilməsi zamanı intizam xətalarının törədilməsinə görə tətbiq edilən intizam tənbeh tədbiri. Xətanı törətmiş şəxsin şifahi olaraq rəhbərlik tərəfindən məzəmmət edilməsini və bu barədə əmək kollektivini də məlumatlandırılmaqla müvafiq yazılı qeydin aparılmasını nəzərdə tutur.

Ü
> Ümumi müsahibə

General interview

konkret şəxsin (dövlət qulluğu vəzifəsinə namizədin) ümumi dünyagörüşünün və biliklərinin, şəxsi keyfiyyətlərinin yoxlanılması məqsədilə sorğu-sual edilməsi. Dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir.

V
> Vakansiya (vakant vəzifə)

Vacancy (vacant position)

dövlət orqanında, idarə, müəssisə və təşkilatlarla ştat siyahısında əks olunmuş, lakin boş qalan və heç kəs tərəfindən tutulmayan ştat vahidi

> Vətəndaş (Azərbaycan Respublikasının vətəndaşı)

Citizen (citizen of the Republic of Azerbaijan)

Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs də qanunvericiliyə əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab edilir.

> Vətəndaşlığı olmayan şəxslər

Stateless persons

Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslər.

> Vəzifə bölgüsü

Distribution of duties

dövlət orqanının, idarə, müəssisə və təşkilatın aidiyyətində olan məsələlərin həll edilməsinin ayrı-ayrı dövlət qulluqçularına, yaxud işçilərə həvalə edilməsi. Müvafiq dövlət orqanının, idarə, müəssisə və təşkilatın rəhbərliyi tərəfindən həyata keçirilir. İdarədaxili sənədlərlə - əmrlərlə, sərəncamlarla, yaxud şifahi formada - tapşırıqlar vasitəsilə rəsmiləşdirilə bilər.

> Vəzifə borcu

Official duties

konkret dövlət qulluğu vəzifəsinin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilmiş bütün tələblərin tam və dönmədən yerinə yetirilməsi vəzifəsi.

> Vəzifə maaşı

Salary

dövlət məvacibinin əsas növü. Dövlət qulluğu vəzifəsinin tutulmasına görə konkret şəxsə (dövlət qulluqçusuna) mütəmadi olaraq ödənilən əmək haqqı. Yalnız dövlət büdcəsindən olan maliyyə vəsaitləri hesabına ödənilir. Onun həcmi konkret dövlət qulluğu vəzifəsinə uyğun müəyyənləşdirilir və ştat cədvəlində əks olunur.

> Vəzifə maaşlarına əlavələr

Additions to salary

qulluq vəzifələrinin icrası xüsusiyyətlərindən irəli gələn müxtəlif əsaslara görə (məsələn, qulluq stajına, ixtisas dərəcəsinə, vəzifəli şəxs statusuna malik olmasına görə) dövlət qulluqçularının vəzifə maaşlarına əlavə edilən pul vəsaitləri. Qanunvericiliklə nəzərdə tutulmuş əsasların olduğu bütün dövr ərzində vəzifə maaşı ilə birlikdə mütəmadi ödənilir.

> Vəzifə maaşları üçün artıq əmsal

Additional coefficient for salaries

dövlət qulluqçularının vəzifə maaşlarına edilən əlavələrin müvafiq növünə aid olan konkret məbləğ.

> Vəzifə maaşlarına yerli əmsal

Local coefficient for salaries

qulluq vəzifələrinin icra edilməsi yerinin xüsusiyyətlərindən asılı olaraq, adi vəzifə maaşına qanunvericiliyə uyğun təyin edilmiş əlavələr.

> Vəzifə təlimatları

Job descriptions

işçilərin təşkilat daxilindəki əmək fəaliyyətinin icrası zamanı rəhbər tutmalı olduğu qaydaların məcmusu. Dövlət qulluqçuları üçün vəzifə təlimatlarının işlənib hazırlanması zamanı hər bir dövlət qulluğu vəzifəsinin yeri və funksiyaları mütləq nəzərə alınır. Təlimatların təsdiqi müvafiq dövlət qulluğu vəzifəsinin tabe olduğu subyektlər (dövlət orqanının rəhbərliyi, yaxud yuxarı vəzifəli şəxs və ya dövlət orqanı) tərəfindən həyata keçirilir.

> Vəzifəli şəxs

Official

daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyətlər əsasında, seçkili yolla və ya təyinat əsasında hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan dövlət qulluqçusu vəzifəli şəxsdir.

> Vicdanlı davranış

Honest conduct

dövlət qulluğunun etik davranış qaydalarından biri; dövlət qulluqçularının vəzifə borcunu lazımi səviyyədə yerinə yetirməsini nəzərdə tutur.

X
> Xasiyyətnamə

Reference

dövlət qulluqçusunun şəxsi keyfiyyətlərini, peşəkarlığını, tutduğu vəzifə üzrə qulluq səlahiyyətlərini yerinə yetirməsi səviyyəsini, bu zaman digər dövlət qulluqçuları və kənar şəxslərlə rəftarı xüsusiyyətlərini ətraflı olaraq izah edən rəsmi sənəd. Attestasiya sənədlərinə aiddir. Dövlət orqanının rəhbəri və ya xasiyyətnamənin aid olduğu dövlət qulluqçusunun bilavasitə rəhbəri (şöbə, bölmə, sektor müdiri) tərəfindən verilir.

> Xidməti təhqiqat

Service investigation

dövlət qulluqçularının törətdiyi konkret intizam xətası və ya onların vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməməsi ilə bağlı bütün faktların vaxtında toplanması, tam, hərtərəfli və obyektiv surətdə öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı fəaliyyət. İntizam icraatının əsas tərkib hissəsidir, konkret dövlət qulluqçusunun xətanın törədilməsində təqsirinin olub-olmamasını müəyyənləşdirmək üçün yeganə əsasdır. Sırf dövlət orqanı hüdudlarında, həmin orqanın rəhbərliyi tərəfindən təyin edilən xüsusi komissiya və ya səlahiyyətli şəxs tərəfindən həyata keçirilir. Müvafiq dövlət orqanında çalışan şəxslər üçün məcburi olduğu halda, kənar şəxslərin xidməti təhqiqata cəlb edilməsi könüllüdür.

> Xidməti davranış

Service conduct

dövlət qulluqçusunun malik olduğu hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə bağlı olan fəaliyyətdir. Dövlət qulluqçusunun vəzifə səlahiyyətlərinin icrası çərçivəsində etdiyi hərəkət və hərəkətsizliyin məcmusu. Digər dövlət qulluqçularına və ya üçüncü şəxslərə münasibətdə, dövlət orqanı daxilində və ya ondan kənarda həyata keçirilə bilər. Dövlət qulluğu haqqında qanunvericiliyin, habelə vəzifə təlimatlarının tələblərinə uyğun olmalıdır.

Ş
> Ştat cədvəli (dövlət orqanının ştat cədvəli)

Staff list (staff list of a state body)

dövlət orqanı aparatının tərkibində daimi əsaslarla fəaliyyət göstərən bütün dövlət qulluğu vəzifələrinin adlarını, sayını və onlara görə təyin edilən vəzifə maaşlarını, eləcə də maaşların ödənilməsi qaydasını əks etdirən rəsmi siyahı. Bu siyahıda həmçinin müvafiq dövlət orqanı aparatının strukturu da əks etdirilir. Dövlət orqanlarının ştat cədvəli onların tabe olduğu yuxarı dövlət orqanı tərəfindən təsdiq olunur.

> Ştat vahidi

Staff unit

dövlət orqanının, idarə, müəssisə və təşkilatın ştat cədvəli ilə nəzərdə tutulmuş ayrıca vəzifə vahidi.

> Şəxsi iş

Personal record

dövlət qulluqçusu haqqında zəruri olan şəxsi məlumatların, onun qulluq keçməsi, qulluqda irəliləyişi, mükafatlandırılması, yaxud məsuliyyətə cəlb edilməsi ilə, eləcə də müxtəlif vaxtlarda keçirilən attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı olan bütün sənədlərin məcmusu. > Şəffaflıq

Transparency

dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin icrası zamanı rəhbər tutmalı olduğu əsas prinsiplərdən biri. Xidməti davranışın aşkar surətdə həyata keçirilməsini, ictimaiyyətin bu bərədə mümkün olduğu qədər məlumatlandırılmasını nəzərdə tutur.

> Şərəf və ləyaqət

Honour and dignity

insanlara məxsus olan və qanunla qorunan əsas qeyri-maddi nemətlər. Şərəf, əsasən, insanın fəaliyyəti əxlaqi prinsiplərə uyğun gəldikdə ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət rəydir. Ləyaqət şəxsin özünün mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə verdiyi qiymətdir. Dövlət qulluqçularının fəaliyyətinin əsas prinsiplərindən birini insanların şərəf və ləyaqətinə hörmət təşkil etməlidir

> Şikayət

Complaint

dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət (nədənsə narazı qaldıqda, qanuni tələbləri ödənilmədikdə).

> Şöbə

Department

dövlət orqanı tərkibində yaradılan struktur bölmələrindən biri. Müvafiq orqanın səlahiyyətlərindən irəli gələn məsələlərdən bir qrupunun həll edilməsi üçün təşkil olunur. Bir qayda olaraq daimi əsaslarla fəaliyyət göstərir. Mütəşəkkil qaydada fəaliyyət göstərir, müəyyən daxili quruluşa malikdir (şöbə müdiri, müdir müavini və şöbənin sıravi əməkdaşları olan dövlət qulluqçularından ibarətdir). Çoxşaxəli fəaliyyət istiqaməti olan şöbələr sektorlara da bölünə bilər.

Y
> Yaradıcılıq fəaliyyəti

Creative activity

elmi, bədii, incəsənət əsərlərinin yaradılması prosesi.
> Yardımçı vəzifə

Auxiliary position

dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələri. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

> Yardımçı vəzifələrin təsnifatı

Classification of auxiliary positions

yardımçı vəzifələrin dövlət orqanlarının kateqoriyasından asılı olaraq müəyyən qruplara bölünməsi.

> Yerli icra hakimiyyəti orqanı

Local executive power body

müəyyən inzibati ərazi hüdudlarında icra hakimiyyəti funksiyalarını yerinə yetirən dövlət orqanı. Yerli özünüidarəetmə orqanlarından (bələdiyyələrdən) fərqli olaraq dövlət hakimiyyəti orqanları sisteminə daxildir və onu fomalaşdıran (müvafiq vəzifəyə təyinatı aparan) yuxarı orqanlara tabedir. Qanunların, habelə mərkəzi icra hakimiyyəti orqanlarının verdiyi bütün normativ və qeyri-normativ aktların yerli səviyyədə icrasını təmin edirlər.

> Yuxarı dövlət orqanı

Superior state body

müvafiq dövət orqanının bilavasitə tabe olduğu, onu təşkil edən, fəaliyyətinə nəzarəti həyata keçirən, qanuni əsaslar olduqda intizam məsuliyyətinə cəlb etmək səlahiyyətlərinə malik olan, dövlət orqanları sistemində daha yuxarı pillədə dayanan dövlət orqanı.

> Yurisdiksiya

Jurisdiction

müvafiq dövlət orqanlarının hüquqi mübahisələri həll etmək və hüquq pozuntuları haqqında işlərə baxmaqla təqsirkar şəxsləri cəzalandırmaq səlahiyyətlərinin məcmusu.