Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın nümayəndəsi beynəlxalq konfransda iştirak etmişdir
13-05-2016

10 may 2016-cı il tarixdə İordaniya Həşimi Krallığında Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) SİGMA (Rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək) proqramının təşkilatçılığı ilə “Dövlət idarəçiliyinin prinsipləri: Avropa Qonşuluq Siyasətinə qoşulmuş ölkələr üçün əsas başlanğıclar” mövzusunda regional konfrans keçirilmişdir. Konfransın əsas məqsədi SİGMA proqramı tərəfindən hazırlanmış “Dövlət idarəçiliyi prinsipləri”nin təqdim edilməsi, islahatların layihələndirilməsi və həyata keçirilməsi, həmin prinsiplər əsasında aparılan islahatların nəticələrinin qiymətləndirilməsinə dair metodoloji vəsaitin təqdim edilməsi, həmçinin iştirakçı ölkələrdə dövlət idarəçiliyi sahəsində davam edən islahatlar, bu sahədə əldə edilmiş nailiyyətlər və qarşıya çıxan çətinliklərlə bağlı təcrübənin öyrənilməsindən ibarət olmuşdur.

Ardını oxu

  • Yeni ümumi müsahibə
    22-04-2016

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə  elan edir. Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 22 aprel 2016-cı il tarixdən 10 may 2016-cı il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

    Ardını oxu

  • Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər TQDK və DQMK fəaliyyətlərini davam etdirirlər 
    19-04-2016

     Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il 860 №-li Fərmanı ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin edilmişlər.

    Ardını oxu

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag